Ana səhifə  /  XƏBƏRLƏR
162

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI KEÇİRİLƏCƏK

Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.

25 yanvar 2020    12:01
85

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfransın iştirakçıları ilə görüşdü.Qonaqları səmimi salamlayan Oqtay Əsədov əvvəlcə görüşdə iştirak edən TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı yubileyi münasibətilə təbrik etdi.

24 yanvar 2020    06:01
145

AŞPA-NIN SEÇKİÖNCƏSİ MİSSİYASI MİLLİ MƏCLİSDƏ

Yanvarın 23-də Milli Məclis Sədrinin müavini Bahar Muradova fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün AŞPA-da yaradılmış xüsusi komitənin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü.

23 yanvar 2020    04:01
158

MİLLİ MƏCLİSDƏ AŞPA-nın ÖLKƏMİZDƏ PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ MİSSİYASI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Yanvarın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü oldu. Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc Fətəliyeva qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açdı.

23 yanvar 2020    04:01
300

TÜRKPA-NIN IX PLENAR İCLASINDA

Dekabrın 18-də Bakıda TÜRKPA-nın Şura iclasından sonra qurumun IX plenar iclası keçirildi.İclası açan TÜRKPA-nın fəaliyyətdə olan Sədri, Milli Məclisin Sədri Oqtay Əsədov Assambleyanın üzvü olan Qazaxıstan Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulini, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekovu, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və rəhbərlik etdikləri nümayəndə heyətlərini salamladı.

19 dekabr 2019    03:12
145

DEPUTATLARIMIZ ÖZBƏKİSTANDA PARLAMENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov və qrupun üzvü, deputat Cavanşir Paşazadə Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 19-da bu ölkənin paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

18 dekabr 2019    12:12
140

AZƏRBAYCAN-QIRĞIZISTAN ƏLAQƏLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Dekabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA-nın) 9-cu plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlamentinin) Sədri Dastanbek Cumabekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

18 dekabr 2019    10:12
241

BAKIDA TÜRKPA-nın TƏDBİRLƏRİ

TÜRKPA-nın 9-cu plenar iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş qonaqlar dekabrın 18-də səhər Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, xatirəsini ehtiramla andılar. Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin parlament nümayəndə heyətləri Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad etdilər.Elə bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 9-cu iclası oldu.Nahar fasiləsindən sonra TÜRKPA-nın 9-cu plenar iclası öz işinə başladı.Uğurla başa çatan TÜRKPA-nın 9-cu plenar iclası çərçivəsində tədbirlər yekunlaşdıqdan sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi.

18 dekabr 2019    07:12
221

MİLLİ MƏCLİSDƏ TÜRKPA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ

Dekabrın 18-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclası keçirildi. Komissiyanın iclasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlament nümayəndələri və ekspertlər iştirak edirdilər.

18 dekabr 2019    03:12
138

MOSKVADA HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Elmira Axundova ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar keçiriləcək anım mərasimində iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.

10 dekabr 2019    11:12
132

AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

06 dekabr 2019    04:12
139

AVRONEST PA-nın SESSİYASINDA

Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.

06 dekabr 2019    02:12
208

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin plenar iclasında 15 məsələyə baxıldı. Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim etdi. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olundu. Məlumat dinlənildikdən sonra deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul etdilər.

03 dekabr 2019    04:12
244

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 2-də Milli Məclisin plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bugünkü plenar iclasda parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı etdiyi müraciətin müzakirəyə çıxarılacağını bildirdi.

02 dekabr 2019    08:12
207

MİLLİ MƏCLİSİN İCLASINDA

Noyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasa sədrlik edən Spiker Oqtay Əsədov bildirdi ki, gündəlikdə 22 məsələ var. Bunlardan ilk 11 məsələ 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin üçüncü oxunuşudur.

29 noyabr 2019    03:11
169

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün Milli Məclisin deputatı Sahibə Qafarova dekabrın 1-dən 5-dək, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva isə dekabrın 2-dən 4-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

29 noyabr 2019    02:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.