Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı növbəti dinləmə keçirilib
Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında
Milli Məclisin deputatı, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Nigar Arpadarai bu qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 7-də Fransanın Paris şəhərinə səfər edəcək.

Almaniyanın Berlin şəhərində Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 7-də Almaniya Federativ Respublikasının Berlin şəhərinə səfər edəcək.
_1701787017.jpeg)
Milli Məclisin plenar iclasında 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda qəbul edilib
Dekabrın 5-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.
_1701783487.jpeg)
Milli Məclisdə hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib
Milli Məclisin 5 dekabr tarixli plenar iclasında hərbi qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərlə bağlı aparılan müzakirələrdə parlamentin sədri Sahibə Qafarova qanun layihəsi ilə əlaqədar parlament üzvlərini və ictimaiyyəti maraqlandıran məsələlərə dair mətbuat konfransının keçirilməsi haqqında deputatlara tapşırıq verib.
_1701780974.jpeg)
Özbəkistan parlamentinin nümayəndə heyəti Füzuli şəhərinə səfər edib
Dekabrın 5-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti Füzuli şəhərində olub.

Beynəlxalq tədbirdə
ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun İqtisadi məsələlər, Ətraf Mühit, Elm və Texnologiya Baş Komitəsinin sədri Azay Quliyev BMT-nin Ətraf Mühit Proqramının təşkilatçılığı ilə keçirilən Barselona Konvensiyası və Müqaviləsi İştirakçılarının Nazirlər Sessiyasının 23-cü iclasında iştirak etmək üçün dekabrın 6-da Sloveniyanın Portoroj şəhərinə səfər edəcək.
_1701701959.jpeg)
Özbəkistan parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Dekabrın 4-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Rusiyanın İvanovo şəhərində Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Milli Məclisin deputatı Emin Hacıyev dekabrın 4-də Rusiya Federasiyasının İvanovo şəhərinə səfər edəcək.
_1701697847.jpeg)
Özbəkistan parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
Dekabrın 4-də ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Aparat rəhbəri cənab Qüdrət Nurullayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

Milli Məclisin deputatı Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək
Milli Məclisin deputatı Sevil Mikayılova dekabrın 5-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ-nin) Dubay şəhərinə səfər edəcək.
Milli Məclisdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçiriləcək
Dekabrın 6-da Milli Məclisdə parlamentin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı" mövzusunda ictimai dinləmə keçiriləcək.

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasının xarici işlər naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Yan Lipavski ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamenti Senatının sədri Miloş Vıstrçil ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfəri çərçivəsində Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Çexiya Parlamentinin Deputatlar Palatasının sədri ilə görüşüb
Çex Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkə parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikasına rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasına rəsmi səfərə gəlib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində
Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili müzakirəyə 14 məsələnin – “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” və büdcə zərfinə daxil olan sənədlərin üçüncü oxunuşda, habelə bir sıra digər qanun layihələrinin təqdim edildiyini söyləyib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupun üzvləri ilə görüşüblər
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan parlament nümayəndə heyətinin üzvləri Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə qrupunüzvləri ilə görüşüblər.