_1701419837.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Bundestaqının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikası Bundestaqının sədri Barbel Bas ilə görüşüb. Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Bundestaqın sədri ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlərini ifadə edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin işində iştirak etmək üçün dekabrın 2-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.
_1701360040.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Berlində Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən qəbulda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Milli Məclis sədrinin səfəri ilə bağlı qəbul təşkil olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Berlində Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Johann David Vadephul ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
_1701357959.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində olub. Azərbaycan parlamentinin spikeri burada Azərbaycan-Almaniya Forumunun üzvləri ilə görüşüb.
_1701357267.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Berlində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi"adlı sərgi ilə tanış olub
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Almaniya Federativ Respublikasında rəsmi səfərdədir.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da qəbul etdiyi illik hesabatlarla bağlı bəyanatı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib
Noyabrın 30-da parlamentin Regional məsələlər komitəsinin iş planına əsasən, Milli Məclisdə deputatların, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinin, Bakı şəhərinin və bir sıra rayon bələdiyyələrinin sədrlərinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Noyabrın 30-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Rusiya Federasiyasının Tatarıstan Respublikasında Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmə keçirilib
Noyabrın 29-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda birgə ictimai dinləmə keçirilib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini deyib.

Deputatlar Rusiya Federasiyasına səfər edəcək
Milli Məclisin deputatları - Əminə Ağazadə və Sabir Hacıyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibəti
Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.

Milli Məclisin deputatı BMT-nin Forumunda iştirak edəcək
Milli Məclisin deputatı Şahin İsmayılov BMT çərçivəsində Azlıq Məsələləri Forumunun 16-cı sessiyasında iştirak etmək üçün noyabrın 29-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək
Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 29-da və 30-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında keçiriləcək seminarda iştirak edəcək.

Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı Üçüncü Qlobal Forumunda iştirak etmək üçün noyabrın 28-də Braziliya Federativ Respublikasının San-Paolo şəhərinə səfər edəcək.

AŞPA-nın tədbirlərində
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Sosial məsələlər və davamlı inkişaf, Mədəniyyət, təhsil və elm komitələrinin 30 noyabr - 14 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.
_1701097768.jpeg)
Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəlikdəki məsələlərin Büdcə Zərfinə daxil olan 5 qanun layihəsi olduğunu və üçüncü oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Azərbaycan 2024-cü ildən Asiya Parlament Assambleyasına sədrlik edəcək
Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.