Ana səhifə  /  XƏBƏRLƏR
584

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib.
Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Spiker yaz sessiyasının başlaması münasibətilə təbriklərini çatdırıb və sessiyanın işinə uğurlar arzulayıb.

01 fevral 2023    19:36
160

Elm və təhsil komitəsində TBMM nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:40
234

Aqrar siyasət komitəsində TBMM-in nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:36
264

Milli Məclisin sədri Sahibə Qafarova İƏT Pİ Konfransının 17-ci sessiyasında çıxış edib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Əlcəzair Xalq Demokratik Respublikasında işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının "İslam dünyası: modernləşmə və inkişaf çağırışları" mövzusunda keçirilən 17-ci sessiyasında çıxış edib.

30 yanvar 2023    20:29
260

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub. Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.

30 yanvar 2023    19:56
105

Deputatlarımız Qırğız Respublikasında səfərdə olacaqlar

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Məmmədli, Əli Məsimli və Cavanşir Feyziyev yanvarın 30-da Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

28 yanvar 2023    12:16
312

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında

Yanvarın 27-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan komitənin sədri Ziyafət Əsgərov bildirib ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən terror aktı ilə bağlı məlumat hamımızı sarsıdıb.

27 yanvar 2023    16:24
223

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Əlcəzair Respublikasına səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etmək üçün yanvarın 28-də Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərinə səfər edəcək.

27 yanvar 2023    16:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.