Ana səhifə  /  XƏBƏRLƏR
217

Milli Məclisdə iranlı deputatlarla görüş

İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hüseyn Nuşabadinin başçılıq etdiyi İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

08 iyun 2022    16:18
292

İran parlamentinin nümayəndə heyəti ilə görüşdə

İyunun 8-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.

08 iyun 2022    16:10
232

Deputatlarımız MDB Gənclər Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər

Cari ilin 9-10 iyun tarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçiriləcək. Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.

06 iyun 2022    15:25
347

ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə

İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib.

03 iyun 2022    18:29
573

Milli Məclisin sədri Sahibə Qafarova Polşa parlamentinin nümayəndə heyəti ilə görüşüb

İyunun 3-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüb.

Milli Məclisin sədri Polşa nümayəndə heyətini salamlayaraq, bu səfərin iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib. Diqqətə çatdırıb ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olundu və bu illər ərzində əlaqələrimiz böyük inkişaf yolu keçib. Spiker ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin kökləri və münasibətlərimizin tarixi barədə danışıb.

03 iyun 2022    17:23
204

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə yola düşəcək. Deputatımız AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.

03 iyun 2022    14:41
252

Azərbaycan-Polşa əlaqələri inkişaf edir

İyunun 2-də Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüblər.

02 iyun 2022    17:05
293

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri inkişaf edir

İyunun 1-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə onlayn formatda görüş keçiriblər.

01 iyun 2022    18:39
267

Deputatlarımız Kambocada seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.

01 iyun 2022    16:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.