Ana səhifə  /  XƏBƏRLƏR
429

Azərbaycan-Yaponiya münasibətləri inkişaf edir

Fevralın 17-də Azərbaycan və Yaponiyanın ali qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının onlayn görüşü keçirilib.

18 fevral 2022    11:36
262

Deputatlarımız işgüzar səfərdə olacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edəcəklər.

16 fevral 2022    18:29
303

Milli Məclisdə aqrar sahə ilə bağlı dinləmə keçirilib

Fevralın 16-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Aqrar siyasət komitələrinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə birgə dinləmə keçirilib.

16 fevral 2022    18:25
253

Milli Məclis sədrinin müavini Adil Əliyev şəhidin anım tədbirində iştirak edib

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Yusif Sadıqov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri şəhid Əkbər Quliyevin anım mərasimində iştirak ediblər.

16 fevral 2022    17:54
1254

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 15-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasa başlamazdan əvvəl, spiker Sahibə Qafarova onun başçılığı ilə Milli Məclisin nümayəndə heyətinin fevralın 1-dən 7-dək Baltikyanı ölkələrə rəsmi səfəri barədə qısa məlumat verib.

15 fevral 2022    18:26
673

Regional məsələlər komitəsinin iclasında

Fevralın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

11 fevral 2022    16:05
280

Milli Məclisdə İraq nümayəndə heyəti ilə görüş keçirilib

Fevralın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İraq xarici işlər nazirinin müavini Nazar Xeyrullahın rəhbərlik etdiyi İraq nümayəndə heyəti ilə görüşüb.

10 fevral 2022    17:37
428

Vilnüsdə 13 yanvar qurbanlarının xatirəsi yad edilib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfəri çərçivəsində Vilnüs şəhərində 1991-ci il 13 yanvar qurbanlarının xatirəsini yad edib.

04 fevral 2022    18:43

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.