Ana səhifə  /  XƏBƏRLƏR
236

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib

Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emomali “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı məktubu ünvanlayıb.

26 dekabr 2024    10:48
210

Gürcüstan parlament nümayəndə heyəti Milli Məclisdə

Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri dekabrın 24-də Gürcüstan Parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

24 dekabr 2024    17:27
1040

Milli Məclisin iclasında

Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti dekabrın 17-də və 18-də qardaş Türkiyə Respublikasında rəsmi səfərdə olub.

20 dekabr 2024    16:50
424

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamənin qəbulu ilə yadda qaldı. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif edilir, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir.

19 dekabr 2024    18:47
261

Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib

Tədbir iştirakçılarını salamlayan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarından söz açaraq hakim kadrların yüksək nəzəri bilik və peşə hazırlığı, onların fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, qərəzsizliyə və insani keyfiyyətlərə dönmədən əməl olunması ilə bağlı fikirlərini bölüşüb.

19 dekabr 2024    15:15

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.