Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib
Noyabrın 30-da parlamentin Regional məsələlər komitəsinin iş planına əsasən, Milli Məclisdə deputatların, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisinin, Bakı şəhərinin və bir sıra rayon bələdiyyələrinin sədrlərinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Noyabrın 30-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Rusiya Federasiyasının Tatarıstan Respublikasında Heydər Əliyevin 100 illik yubiley tədbirləri keçiriləcək
Milli Məclisin deputatı Vüqar İskəndərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsinin daxil edildiyini deyib.

Deputatlar Rusiya Federasiyasına səfər edəcək
Milli Məclisin deputatları - Əminə Ağazadə və Sabir Hacıyev Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 30-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın 2023-cü il 28 noyabr tarixli açıqlamasına münasibəti
Ermənistan parlamentinin spikeri Alen Simonyan noyabrın 28-də jurnalistlərə açıqlamasında növbəti dəfə regionda mövcud olan reallıqları təhrif edərək, həqiqətdən uzaq fikirlər səsləndirmişdir. Ermənistan parlamenti spikerinin bu müsahibəsi Ermənistan rəhbərliyinin “absurd iddialar” növbəsinə dayandığını aşkar şəkildə göstərməklə yanaşı, xarici havadarlarının gözünə girmək uğrunda yarışdığına da dəlalət edir. Son səsləndirilən fikirlərə başqa cür izahat vermək mümkün deyil.

Milli Məclisin deputatı BMT-nin Forumunda iştirak edəcək
Milli Məclisin deputatı Şahin İsmayılov BMT çərçivəsində Azlıq Məsələləri Forumunun 16-cı sessiyasında iştirak etmək üçün noyabrın 29-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək
Milli Məclisin deputatı Ceyhun Məmmədov noyabrın 29-da və 30-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında keçiriləcək seminarda iştirak edəcək.

Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı Üçüncü Qlobal Forumunda iştirak etmək üçün noyabrın 28-də Braziliya Federativ Respublikasının San-Paolo şəhərinə səfər edəcək.

AŞPA-nın tədbirlərində
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli və Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları, Sosial məsələlər və davamlı inkişaf, Mədəniyyət, təhsil və elm komitələrinin 30 noyabr - 14 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək iclaslarında iştirak edəcəklər.
_1701097768.jpeg)
Əmək və sosial siyasət komitəsinin iclasında
Noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəlikdəki məsələlərin Büdcə Zərfinə daxil olan 5 qanun layihəsi olduğunu və üçüncü oxunuşda müzakirəyə çıxarıldığını deyib.

Azərbaycan 2024-cü ildən Asiya Parlament Assambleyasına sədrlik edəcək
Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib.
Regional məsələlər komitəsinin iclasında
Noyabrın 27-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov gündəliyə iki məsələnin – “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” və “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihələrinin daxil edildiyini bildirib. O, hər iki sənədin ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunduğunu qeyd edib.
Hərbi qulluqçuların pensiya təminatı ilə bağlı qanun layihəsi Milli Məclisə daxil olub
Bu günlərdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisə daxil olub.

Parlamentlərarası əməkdaşlıq üzrə qlobal forumda
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov noyabrın 30-da keçiriləcək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Əməkdaşlıq üzrə İkinci Qlobal Forumda iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərinə səfər edəcəklər.

ATƏT PA-nın tədbirində
Milli Məclisin deputatı, ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün noyabrın 28-də Şimali Makedoniya Respublikasının Skopye şəhərinə səfər edəcək.

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə bürünc medal qazanıb
Noyabrın 23-27-də Türkiyənin Antalya şəhərində Türkiyə Respublikasının 100-cü ildönümünə həsr olunmuş beynəlxalq parlamentlərarası futbol turniri keçirilib. Turnirdə Türkiyə, Azərbaycan, Rumıniya, Bolqarıstan, Bosniya və Herseqovina, Macarıstan və Gürcüstan parlamentlərinin komandaları iştirak ediblər.
_1700920272.jpeg)
“Gənc-Fest" festivalının iştirakçıları Milli Məclisdə olublar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və gənclərlə görüşünün 30 illiyinə həsr olunmuş "Gənc-Fest" festivalının 250-yə yaxın iştirakçısı noyabrın 25-də Milli Məclisdə olublar.

Asiya Parlament Assambleyasının tədbirində
Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə qurumun İcraedici Şurasının iclasında iştirak etmək üçün noyabrın 26-da Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcək.

Milli Məclisin deputatı AŞPA-nın tədbirlərində iştirak edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun tədbirlərində iştirak etmək üçün noyabrın 26-da Lixtenşteyn Knyazlığının Vaduts şəhərinə səfər edəcək.