_1682691856.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 12-ci plenar iclasında çıxış edib
Türkiyədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova aprelin 28-də TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxış edib.
Milli Məclisin İntizam komissiyasının iclası keçirilib
Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Elm və təhsil komitəsinin iclasında
Aprelin 28-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi - “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda və Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.
_1682680698.jpg)
Sahibə Qafarova: “TÜRKPA parlamentlərimizin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilib və birgə səylərimizlə beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşıb”
Aprelin 28-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 12-ci iclası keçirilib.
_1682661753.jpeg)
Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Türk Dövlətləri Parlament Assambleyasının XII plenar iclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Aprelin 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə 16 məsələnin daxil edildiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 27-də Türk Dövlətləri Parlament Assambleyasının XII Plenar İclasında iştirak etmək üçün Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfərə gəlib.

Deputatımız Türkiyədə səfərdədir
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Deputatlar Gürcüstanda Ümummilli Lider Heydər Əiyevin yubiley tədbirlərində iştirak edəcəklər
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti aprelin 27-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcək.

Milli Məclisin iclasında
Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olub.

Deputatlarımız Özbəkistana səfər edəcəklər
Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində olub. Spiker, burada "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.

Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetində məruzə ilə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib.

TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının iclası keçirilib
Aprelin 20-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) İqtisadi əməkdaşlıq komissiyasının videokonfrans formatında 10-cu iclası keçirilib.
Koreyalı parlamentarilərlə görüşdə
Aprelin 20-də Milli Məclisin sədr müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Koreya Milli Assambleyasının üzvü Şəhidlər xiyabanını ziyarət ediblər
Azərbaycanda səfərdə olan Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Suh Byonq-sunun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Şəhidlər xiyabanını ziyarət edib.

Milli Məclisin deputatı ATƏT PA-nın Büro iclasında iştirak edəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Büro iclasında iştirak etmək üçün aprelin 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcək.

AŞPA-nın yaz sessiyasında
Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
_1681968500.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib
Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya rəsmi səfəri davam edir. Azərbaycan parlamentinin rəhbəri səfər çərçivəsində paytaxt Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.