Ana səhifə  /  XƏBƏRLƏR
261

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin mənzil qərargahında Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət edib

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

31 mart 2023    19:30
511

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu" mövzusunda keçirilən yüksək səviyyəli iclasda iştirak edib.

31 mart 2023    09:50
442

İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

Martın 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli diqqətə çatdırıb ki, iclas “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusuna həsr olunub.

30 mart 2023    19:45
470

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Martın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyə keçməzdən öncə martın 28-də Milli Məclisinin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafaya qarşı terror aktının törədilməsi ilə bağlı fikirlərini bölüşüb.

30 mart 2023    17:27
457

Səhiyyə komitəsinin iclasında

Martın 29-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Bunlar “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) və cari məsələlərin müzakirəsidir.

29 mart 2023    17:22
375

Deputatlar İsrailə səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov, qrupun üzvləri Arzu Nağıyev, Ağalar Vəliyev, Fatma Yıldırım, Elnur Allahverdiyev, Asim Mollazadə və Rasim Musabəyov martın 28-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

27 mart 2023    15:46
280

Dağıstan parlamentariləri ilə görüşdə

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və parlamentin Elm və təhsil komitəsinin üzvləri martın 15-də Rusiya Federasiyası Dağıstan Respublikası Milli Şurasının sədri Zaur Askendərovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

15 mart 2023    18:05
398

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bəhreyndə keçirilən ikinci konfransında mühüm qərarlar qəbul olunub

Martın 13-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin və QH Parlament Şəbəkəsinin sədri xanım Sahibə Qafarovanın sədrliyi ilə keçirilən Konfransda 20-dən çox ölkənin parlament sədrləri, 60-dan çox heyət olmaqla, ümumilikdə 300-dən artıq nümayəndə iştirak edib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb.

15 mart 2023    12:56

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.