
Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində işgüzar səfərdədir
Sentyabrın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfərə gəlib.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantı ilə bağlı ictimai dinləmə keçiriləcək
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ölkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib. Yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.
Daha 10 partiya “Siyasi partiyalar haqqında” yeni qanunla bağlı təkliflərini Milli Məclisə təqdim edib
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər.

Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər
Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər.

Milli Məclisdə xarici KİV nümayəndələri ilə görüş keçirilib
Sentyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Nigar Arpadarai və Məzahir Əfəndiyev BMT-də akkreditə olunmuş bir qrup xarici KİV nümayəndəsi ilə görüşüblər.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu göndərib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa təbrik məktubu göndərib.
Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı rəsmi tviter səhifəsində paylaşım edib.

Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Avqustun 24-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Busan şəhərinin “Expo 2030” Ümumdünya Sərgisinə ev sahibliyinin dəstəklənməsi üzrə Xüsusi Komitənin sədri, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri So Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Böyük Qayıdışa həsr edilən konfransda
Milli Məclisin deputatları Nizami Səfərov və Əminə Ağazadə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda keçirilən konfransda iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə baş verən nəqliyyat qəzası ilə bağlı başsağlığı verib
Avqustun 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası ilə bağlı Tvitter hesabında başsağlığı ünvanlayıb.
Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi üzərində iş davam edir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan Parlamentinin sədri Şalva Papuaşviliyə Qudauri bölgəsində sərhəd polisi helikopterinin qəzaya uğraması nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.
MEDİA NÜMAYƏNDƏLƏRİNİN NƏZƏRİNƏ
Media nümayəndələrinin diqqətinə çatdırırıq.

Parlamentin sədr müavini Adil Əliyev Astara rayonunda şəhid ailələri ilə görüşüb
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev növbəti dəfə şəhid ailələrini və qaziləri ziyarət etmək məqsədilə Astara rayonuna səfər edib.
Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi hazırlanır
Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.

Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün iştirakçıları Baykar istehsal müəssisəsində olublar
Parlament Sədrlərinin İstanbulda keçirilən İkinci Üçtərəfli Görüşünün iştirakçıları İstanbulda Baykar istehsal müəssisəsinə gəliblər.

Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün yekunlarına dair “İstanbul Bəyannaməsi” imzalanıb
İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb.
İmzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib.

Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşü keçirilib
İyulun 21-də İstanbulda Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşü keçirilib.