Ana səhifə  /  XƏBƏRLƏR
298

Azərbaycan-Çili parlamentlərarası əlaqələri inkişaf edir

İyulun 1-də Milli Məclisdə Azərbaycan-Çili parlametlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tomas de Rementeria arasında görüş olub.

01 iyul 2022    20:28
344

İranın İslam Şurası Məclisi sədrinin müavini Milli Məclisdə olub

İyulun 1-də Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İranın İslam Şurası Məclisi sədrinin müavini Abdolreza Mesrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

01 iyul 2022    18:58
364

Milli Məclisdə İndoneziya parlamentinin nümayəndə heyəti ilə görüş

İyulun 1-də Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin Parlamentlərarası əməkdaşlıq komitəsi sədrinin müavini Mardani Ali Seranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

01 iyul 2022    18:07
1594

Milli Məclisin növbəti iclası keçirilib

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırıb ki, iclasda 16 məsələnin müzakirəsi nəzərdə tutulub. Gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir.

29 iyun 2022    16:52
274

ATƏT PA-nın yay sessiyasında

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətimizin üzvləri – parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

29 iyun 2022    12:51

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.