Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
402

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Deputatları salamlayan komitənin sədri Tahir Mirkişili sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin Azərbaycanla sərhəddə törətdiyi son təxribatlarından söz açıb, döyüş toqquşmalarında şəhid düşən qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

19 sentyabr 2022    18:13
374

İctimai birliklər və dini qurumlar komitəsinin iclasında

Sentyabrın 19-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. Milli Məclis sədrinin müavini, komitənin sədri Fəzail İbrahimli bildirib ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən cari ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri genişmiqyaslı təxribatın qarşısı uğurla alınıb. Lakin təxribatın qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub. İclas iştirakçıları şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

19 sentyabr 2022    17:06
425

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində

Sentyabrın 16-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi payız sessiyasında ilk iclasına toplaşıb.İclasın əvvəlində son günlərdə Ermənistanın sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

16 sentyabr 2022    18:23
386

Əmək və sosial siyasət komitəsinin iclasında

Sentyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan tərəfinin növbəti təxribat törətdiyini qeyd edib. Bildirib ki, rəşadətli Azərbaycan Ordusunun hərbçiləri bu dəfə də düşmənə layiqli cavab verib, strateji yüksəklikləri azad ediblər. İclas iştirakçıları döyüşlər zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

16 sentyabr 2022    15:36
344

Aqrar siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Sentyabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2022-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Tahir Rzayev əvvəlcə Ermənistanın Azərbaycana qarşı son təxribatından söz açıb. O, döyüş toqquşmalarında şəhid düşən qəhrəman döyüşçülərimizə rəhmət, yaxınlarına səbir diləyib, yaralılarımızın tezliklə sağalmalarını arzulayıb.

15 sentyabr 2022    18:58
278

Mədəniyyət komitəsinin iclasında

Sentyabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci il payız sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Qənirə Paşayeva son günlər sərhəddə Ermənistan tərəfindən törədilmiş təxribat nəticəsində qəhrəmancasına şəhid olmuş hərbi qulluqçularımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyib.

15 sentyabr 2022    18:42
360

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında

Sentyabrın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib. İclasın əvvəlində son günlərdə Ermənistan tərəfinin sərhəddə törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komitə sədri Bəxtiyar Əliyev bu hadisələrlə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu təcavüzkara layiqli cavab verib.

15 sentyabr 2022    17:26
1288

Milli Məclisin komitələrinin Şuşada birgə dinləməsi keçirilib

İyulun 5-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitələrinin “Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlər, hazırkı vəziyyət və gələcək planlar” mövzusuna həsr edilmiş birgə dinləməsi keçirilib.

05 iyul 2022    15:26
598

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.

20 iyun 2022    18:57
1063

Elm və təhsil komitəsinin iclasında

İyunun 20-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

20 iyun 2022    16:57
685

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

23 may 2022    15:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.