Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
362

Komitələrin birgə iclasında

Dekabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

25 dekabr 2020    11:59
453

2021-ci ilin büdcə zərfi 7 komitənin birgə iclasında müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

23 dekabr 2020    16:28
447

Milli Məclisin komitələrində 2021-ci ilin dövlət büdcəsinin müzakirələrinə başlandı

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Qanun layihələri birinci oxunuşda müzakirə olunacaqdır.

23 dekabr 2020    11:40
456

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2021-ci İLİN BÜDCƏSİ MÜZAKİRƏ OLUNUB

Dekabrın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.

23 dekabr 2020    10:55
377

Milli Məclisin Elm və təhsil komitəsində

Oktyabrın 29-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində cəbhə xəttində vəziyyət barədə fikirlərini açıqlayıb.

29 oktyabr 2020    12:25
425

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə üç məsələ daxil edilib.

01 oktyabr 2020    10:35
454

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində

Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik etdi, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.

24 sentyabr 2020    17:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.