Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
406

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Aprelin 21-də Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası oldu. İclasda 4 məsələyə baxıldı. Öncə Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deputatlara ikinci oxunuşda müzakirəyə təqdim olunmuş qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsindən (ikinci oxunuş) məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

21 aprel 2020    05:04
433

MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir.Milli Məclisin Elm və təhsil komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin martın 24-də, martın 31-də və aprelin 14-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Bəxtiyar Əliyev təqdim edib.

14 aprel 2020    03:04
407

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində

Aprelin 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə iki məsələ - “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında və “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında sənədlər (birinci oxunuşda) daxildir.

13 aprel 2020    05:04
401

MİLLİ MƏCLİSİN MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Xəbər verildiyi kimi, koronavirus (COVİD-19) ilə mübarizə tədbirləri çərçivəsində parlamentin komitə iclasları onlayn qaydada keçirilir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasları da bu qaydada keçirilməkdədir. Komitənin martın 26-da, martın 29-da, aprelin 1-də və aprelin 8-də keçirilmiş iclaslarının gündəliyini müzakirəyə komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

09 aprel 2020    04:04
572

İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNİN İCLASINDA

Aprelin 6-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

06 aprel 2020    05:04
440

MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Aprelin 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi video konfrans vasitəsi ilə onlayn iclas keçirib. İclasın əvvəlində komitə sədri Tahir Mirkişili bildirib ki, pandemiya şəraitində iclasların innovativ üsullarla keçirilməsi artıq şərtdir. Milli Məclis rəhbərliyinə bu imkanı yaratdığı üçün təşəkkür edən komitə sədri komitənin üzvlərinə də qısa müddətdə bu təşəbbüsü dəstəklədiklərinə və onlayn iclasda aktiv iştirak etdiklərinə görə təşəkkür etdi.

01 aprel 2020    06:04
411

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 1-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirildi. İclası açan komitə sədri Qənirə Paşayeva bildirdi ki, gündəliyə iki məsələ - “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında sənəd birinci oxunuşda daxil edilib.

01 aprel 2020    05:04
406

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Aprelin 1-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəlikdə iki məsələ müzakirə olunacaq. Birinci - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə məsələ.

01 aprel 2020    03:04
391

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN ONLAYN İCLASINDA

Martın 31-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn iclası keçirmişdir. Komitənin sədri Hicran Hüsenova iclası açaraq gündəlikdə olan məsələlərlə komitə üzvlərini tanış etmişdir. Komitə sədrinin müavini Jalə Əliyeva, üzvləri - Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Sevil Mikayılova, Nigar Arpadarai, Ramin Məmmədov Tamam Cəfərova, Könül Nurullayeva, Pərvin Kərimzadə gündəlikdə olan 2 məsələni birinci oxunuşda müzakirə etmişlər.

31 mart 2020    06:03
383

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Milli Məclisin Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib. Komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb. İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

18 mart 2020    01:03
440

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Martın 16-da VI çağırış Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verildi. Qeyd edildi ki, iclasda koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələlər, habelə Səhiyyə komitəsinin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi müzakirə olunacaq.

17 mart 2020    08:03
552

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Tahir Mirkişili iclası açaraq deputatları parlamentə seçilmələri münasibəti ilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

17 mart 2020    03:03
457

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin VI çağırış parlamentdə ilk iclası keçirildi. Komitə sədri Musa Quliyev millət vəkillərinə yeni sessiyada uğurlar arzuladı.Bildirildi ki, iclasın gündəliyinə üç məsələ daxil edilib. Əvvəlcə millət vəkilləri “Turizm haqqında” qanuna edilən dəyişiklikləri müzakirə etdilər. Musa Quliyev vurğuladı ki, bununla bağlı yeni qanun layihəsi hazırlıqlarının davam etdirilməsi nəzərdə tutulur.

16 mart 2020    04:03
538

ELM və TƏHSİL KOMİTƏSİNDƏ

Martın 16-dA VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirildi. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə üzvlərini təbrik etdi, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrin yerinə yetirilməsində deputatlara uğurlar arzuladı.

16 mart 2020    02:03
406

Səhiyyə komitəsinin iclasında

Noyabrın 26-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi.İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələ daxildir.

27 noyabr 2019    09:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.