Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
1847

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda bir sıra görüşlər keçirib

BRİCS ölkələrinin Parlament Forumu və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyası (MDBPA) Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirlər çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Leji Jao, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

12 iyul 2024    21:15
1726

Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin Parlament Forumunda çıxış edib

İyulun 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış edərək, parlament platformasında əməkdaşlığın əhəmiyyəti, həmçinin BRİCS-ə üzv ölkələr arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib.

11 iyul 2024    19:29
824

Milli Məclisin nümayəndə heyəti Belarus Milli Kitabxanasında olub

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Milli Kitabxanasında olub. Nümayəndə heyəti kitabxanada yaradılan şəraitlə tanış olub, burada saxlanılan kitablar barədə məlumat alıb.

13 iyun 2024    09:05
677

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

29 may 2024    09:22
739

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin 4-cü Beynəlxalq Konfransında

Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Qeyd edək ki, Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.

28 may 2024    11:24

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.