Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
626

Spiker Sahibə Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasında Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş sərginin açılışında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində mayın 15-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasına gəlib.

15 may 2023    21:54
633

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu əldə edib

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib. Plenar iclasda həmçinin, Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.

28 aprel 2023    18:37

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.