Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
555

Milli Məclisin sədri Sahibə Qafarova Kambocada bir sıra ölkələrin parlament rəhbərləri və ASEAN PA-nın baş katibi ilə görüşlər keçirib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasında iştirak etmək məqsədilə Kamboca Krallığında səfərdədir. Azərbaycan parlamentinin spikeri səfər çərçivəsində noyabrın 22-də bir sıra ölkələrin parlament rəhbərləri, həmçinin ASEAN PA-nın baş katibi ilə görüşlər keçirib.

22 noyabr 2022    20:05
475

Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasının açılış mərasimində iştirak edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova ASEAN Parlamentlərarası Assambleyasının (AİPA) 43-cü Baş Assambleyasında iştirak etmək üçün Kambocada səfərdədir. Noyabrın 21-də AİPA-nın 43-cü Baş Assambleyasının açılış mərasimi keçirilib. Milli Məclisin sədri Kamboca tərəfinin dəvəti əsasında xüsusi qonaq qismində Assambleyada iştirak edir.

21 noyabr 2022    15:32
531

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində oktyabrın 28-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

28 oktyabr 2022    20:24
538

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

26 oktyabr 2022    17:41
476

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

25 oktyabr 2022    15:28
1375

Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin Parlament Sədrlərinin 8-ci Sammitində müasir qlobal çağırışlar barədə çıxış edib

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib.

06 oktyabr 2022    19:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.