Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
613

Milli Məclisin sədri Sahibə Qafarova Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb. Yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri "Tokio-2020" 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

07 sentyabr 2021    20:19
951

Milli Məclisin sədri Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair qlobal təşəbbüsləri barədə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib. COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

07 sentyabr 2021    20:13
1108

Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib

Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib. Spiker Sahibə Qafarova qeyd edib ki, pandemiya və post-pandemiya dövründə qadınlara diqqət yetirməyimiz onların daha yaxşı və daha təhlükəsiz dünyaya verdikləri əhəmiyyətli töhfənin tanınması anlamına gəlir. Bu gün cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınlar qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamağa davam edirlər. O bildirib ki, bu gün nailiyyətlərimizi qoruyub saxlamaq və post - pandemiya dövründə inkişaf etdirmək üçün qadınların səlahiyyətlərinin artırılması çox vacibdir.

06 sentyabr 2021    19:12
1401

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdədir. Avqustun 6-da səfər çərçivəsində Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

06 avqust 2021    13:51
842

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.

30 iyun 2021    16:39

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.