Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
1494

Milli Məclisdə görüş

Oktyabrın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Xorvatiya parlamentinin Xarici işlər komitəsinin sədri Andro Krstuloviç Oparanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

29 oktyabr 2025    17:03
2073

TBMM-in deputatı Xankəndi və Şuşa şəhərlərində olub

Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) büro üzvü Hasan Turan oktyabrın 28-də Xankəndi və Şuşa şəhərlərinə səfər edib.

28 oktyabr 2025    18:44
2364

Asiya Parlament Assambleyasının komitə iclasında

Milli Məclisin deputatı Əminə Ağazadə oktyabrın 28-də Asiya Parlament Assambleyasının (APA) Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.

27 oktyabr 2025    15:03
2422

ATƏT-in tədbirində

Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, qurumun İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev oktyabrın 27-də Avstriyanın Vyana şəhərinə səfər edəcək.

24 oktyabr 2025    15:19
2363

Milli Məclisin deputatı Belarusa səfər edəcək

Milli Məclisin deputatı Gülşən Paşayeva Avrasiya Təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransında iştirak etmək üçün oktyabrın 27-də Belarus Respublikasının Minsk şəhərinə səfər edəcək.

24 oktyabr 2025    15:05
2681

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Namibiya və Bosniya və Herseqovinanın parlament sədrləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelva və Bosniya və Herseqovina Parlament Assambleyası Nümayəndələr Palatasının sədri Denis Zvizdic ilə görüşüb.

20 oktyabr 2025    22:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.