Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Slovakiya Milli Şurasının sədri Şuşa şəhərinə səfər edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Slovakiya Milli Şurasının sədri ölkəmizə rəsmi səfərə gəlib
İyunun 10-da Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə rəsmi səfərə gəlib.
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclasında
İyunun 10-da ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib. İclası açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.
Avropa Parlamentinin nümayəndəsi ilə görüşdə
İyunun 10-da Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Tural Gəncəliyev Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüblər.
Milli Məclisdə Avropa Parlamentinin nümayəndəsi ilə görüş
İyunun 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin sədr müavini Andris Ameriks ilə görüşüb.
Milli Məclisdə diplomatiyada parlamentin rolu müzakirə olunub
İyunun 9-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə bir qrup əcnəbi diplomatla görüşüb.

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında
İyunun 9-da Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında 9-cu iclası keçirilib.
Milli Məclisdə iranlı deputatlarla görüş
İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Hüseyn Nuşabadinin başçılıq etdiyi İran İslam Respublikası İslam Şura Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
İran parlamentinin nümayəndə heyəti ilə görüşdə
İyunun 8-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşüb.

Deputatlarımız MDB Gənclər Parlamentlərarası Assambleyasının tədbirlərində iştirak edəcəklər
Cari ilin 9-10 iyun tarixlərində MDB Gənclər Parlamentlərarası Forumu və MDB Gənclər Parlamentlərarası Assambleyasının 18-ci iclası keçiriləcək. Milli Məclisin deputatı Emin Hacıyev tədbirlərdə iştirak etmək üçün iyunun 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. Deputatlar Nigar Arpadarai və Könül Nurullayeva toplantılara onlayn formatda qoşulacaqlar.

Bakıda başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi Şuşada yekunlaşıb
ADA Universitetində işə başlayan 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi iyunun 4-də Şuşa paneli ilə yekunlaşıb.
ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə
İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib.

Milli Məclisin sədr müavini Adil Əliyev şəhid bulağının açılış mərasimində iştirak edib
İyunun 3-də Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Tahir Həsənov adına 57 saylı məktəbdə Vətən müharibəsi şəhidi Əbdülrza Rəfibəylinin xatirə bulağının açılışında iştirak ediblər.

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə yola düşəcək. Deputatımız AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.

Deputat Azay Quliyev Şərqi Avropa ölkələrinə səfər edəcək
Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev quruma üzv bir sıra ölkələrə səfər edəcək.

Milli Məclisin deputatları Ələt Azad İqtisadi Zonasında görülən işlərlə tanış olublar
İyunun 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin başçılığı ilə parlamentin bir qrup deputatı Ələt Azad İqtisadi Zonasına (Ələt AİZ) səfər ediblər.
Azərbaycan-Polşa əlaqələri inkişaf edir
İyunun 2-də Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüblər.
ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri ilə görüş keçirilib
İyunun 2-də Milli Məclisdə ABŞ-da fəaliyyət göstərən Los-Anceles Konsulluq Korpusunun İcraiyyə Şurasının üzvləri - Latviyanın və Toqonun Los-Ancelesdəki fəxri konsulları Juris Bunkis və Grant Artur Goçinlə görüş keçirilib.
Polşa Parlamentinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər
Ölkəmizdə səfərdə olan Polşa Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.