Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
314

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

Noyabrın 12-də ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

12 noyabr 2021    18:54
299

Milli Məclisdə görüş

Noyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.

12 noyabr 2021    17:38
287

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri Eldar Quliyevə serbiyalı həmkarından təbrik məktubu gəlib

Noyabrın 8-də Serbiya Respublikası Milli Assambleyasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri İqor Beçiç bu təşkilatda Milli Məclisin nümayəndə heyətinin rəhbəri Eldar Quliyevə təbrik məktubu göndərib.

12 noyabr 2021    14:23
328

Bolqarıstanda parlament seçkiləri keçiriləcək

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfərə yola düşəcəklər.

11 noyabr 2021    18:20
411

Milli Məclisdə görüş

Noyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

11 noyabr 2021    18:09
364

Türkiyənin millət vəkilləri Azərbaycanın Zəfərindən qürur duyur

Noyabrın 11-də Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

11 noyabr 2021    16:39

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.