Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
596

Cibuti deputatları Xocalı soyqırımını yad ediblər

Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsüylə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.

22 fevral 2021    09:36
692

GUAM PA-nın 13-cü sessiyasında səmərəli müzakirələr aparılıb

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib. Milli Məclis Sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan Parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.

10 fevral 2021    19:04
606

GUAM Parlament Assambleyasının Büro iclası keçirilib

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. İclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

10 fevral 2021    16:14
602

Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib

Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

03 fevral 2021    17:00
760

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

23 yanvar 2021    18:37
501

Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarmışdır”

Bu sözləri Milli Məclisin Sədri xanım Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.

24 noyabr 2020    13:37
415

Milli Məclisin Sədri brifinq keçirdi

Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı oldu.

30 sentyabr 2020    10:27
397

NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.

07 avqust 2020    01:08
427

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA

Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası parlamentin Sədri Sahibə Qafarova aparırdı.Spiker bildirdi ki, gündəliyə 6 məsələnin ikinci oxunuşda müzakirəsi daxil edilib və ilk 3 məsələ - büdcə sisteminə daxil olan sənədlərdə dəyişikliklərin edilməsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub.

06 avqust 2020    03:08
432

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA

Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası parlamentin Sədri Sahibə Qafarova açıq elan etdi. Dövlət Himni səsləndirildi.Sonra Spiker iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəddində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Millət vəkilləri Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad etdilər.

05 avqust 2020    05:08
376

Azərbaycan Respublikası Milli Məclis Aparatının məlumatı

Ötən gün axşam Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlərə dəstək məqsədilə keçirilən yürüşdə Şəhidlər Xiyabanı və Azərbaycan Respublikasının Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub.

15 iyul 2020    12:07
434

ASİYA PARLAMENT ASSAMBLEYASI COVID-19 PANDEMİYASINA HƏSR OLUNMUŞ VİDEOKONFRANS KEÇİRİB

İyulun 9-da Asiya Parlament Assambleyası COVID-19-a həsr olunmuş videokonfrans keçirib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva onlayn konfransda koronavirus infeksiyası ilə mübarizədə Azərbaycanın yerli və beynəlxalq səviyyədə gördüyü işlərdən danışıb.

10 iyul 2020    03:07
399

MİLLİ MƏCLİSDƏ RESPUBLİKADA SU TƏCHİZATI İLƏ ƏLAQƏDAR DİNLƏMƏ KEÇİRİLİB

İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmə keçirilib. Dinləmədə parlamentin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin deputatları da iştirak ediblər.

01 iyul 2020    04:07
397

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 25-də Milli Məclisin növbədənkənar sessiyasıının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, bu gün çox dəyərli həmkarımız, Azərbaycanda iqtisad elminin inkişafında böyük xidmətləri olan akademik Ziyad Səmədzadənin 80 yaşı tamam olur. Möhtərəm Prezidentimiz İlham Əliyev akademik Ziyad Səmədzadəni birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdir. Bu təkcə Ziyad müəllim üçün deyil, həm də bütövlükdə Milli Məclis üçün sevindirici hadisədir.

25 iyun 2020    01:06
465

MİLLİ MƏCLİSİN İCLASINDA

İyunun 19-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə çıxış edərək dedi: “Dünən iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Avropa İttifaqı ilə əməkdaşlıq ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu təşkilatın 9 üzv ölkəsi ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Möhtərəm Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşdırılıb. Ona görə də, belə bir mərhələdə Sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir.”

19 iyun 2020    04:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.