Ana səhifə  /  XƏBƏRLƏR
378

Milli Məclisdə görüş

İyunun 29-da Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüşüb.

29 iyun 2021    19:26
583

NATO PA-nın Rouz-Rout seminarı keçirilib

İyunun 28-də Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

28 iyun 2021    23:00
354

Avronest PA-nın Büro iclasında

İyunun 25-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib. Onlayn iclasda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli iştirak edib.

25 iyun 2021    18:46
1749

Milli Məclisin növbədənkənar sessiyası davam edir

İyunun 25-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

Öncə Milli Məclisin Sədri 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə təbriklərini çatdırıb. Vurğulayıb ki, bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir.

25 iyun 2021    18:35
837

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində

İyunun 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.

24 iyun 2021    19:06
1018

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir.

24 iyun 2021    19:05
745

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İyunun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Spiker qonağı səmimi salamlayaraq, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

24 iyun 2021    17:22
468

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

24 iyun 2021    17:19
491

Azərbaycan və Çili parlamentlərarası dostluq qruplarının görüşü keçirilib

İyunun 23-də Azərbaycan Milli Məclisi və Çili Senatının parlamentlərarası dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib. Görüşdə Azərbaycan tərəfindən Çili ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Badamov, qrupun üzvü İqbal Məmmədov, ölkəmizin Argentina, Çili, Uruqvay, Paraqvay və Boliviyadakı səfiri Rəşad Aslanov, digər rəsmi şəxslər iştirak ediblər.

23 iyun 2021    18:49
724

Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələrimiz genişlənir

İyunun 23-də Milli Məclisin Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə onlayn formatda görüş keçiriblər.

23 iyun 2021    18:46
577

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə 4 qanun layihəsi daxil edilib.

23 iyun 2021    17:39
463

Parlamentlərarası əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək

İyunun 23-də Özbəkistan Ali Məclisi Senatının BMT ilə tərəfdaşlıqda təşkil etdiyi “Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Parlamentlərarası Qlobal Əməkdaşlıq” Beynəlxalq Forumu Buxara şəhərində öz işinə başlayıb. Hibrid formatda keçirilən foruma BMT-dən və beynəlxalq təşkilatlardan, dünyanın bir çox parlamentlərindən çoxsaylı nümayəndələr qatılıb. Milli Məclisdən deputat Arzu Nağıyev videoformatda tədbirə qatılıb.

23 iyun 2021    16:54
427

QDİƏT PM-in Baş Assambleyasında

İyunun 22-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 57-ci Baş Assambleyasının onlayn formatda iclası keçirilib. Tədbirdə Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev və Ramin Məmmədov təmsil ediblər.

23 iyun 2021    16:47
1184

Milli Məclisin plenar iclasında

İyunun 22-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri bu günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ölkəmizə rəsmi səfəri, Milli Məclisə təşrif buyurması və deputatlar qarşısındakı çıxışı barədə fikirlərini bölüşüb.

22 iyun 2021    17:23
426

Milli Məclisdə görüş

İyunun 21-də Milli Məclisin Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ceyhun Məmmədov Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb.

21 iyun 2021    17:42

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.