Ana səhifə  /  XƏBƏRLƏR
344

PAİ Assambleyasının İdarəedici Şurasının iclasında

Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri - Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.

26 may 2021    12:51
906

Milli Məclisin iclasında

Mayın 25-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Öncə on səkkiz məsələdən ibarət gündəlik təsdiqlənib.

25 may 2021    18:50
507

Neva Beynəlxalq Ekoloji Konqresində

Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

25 may 2021    17:28
829

Dövlət büdcəsinin icrası komitə iclasında müzakirə edilib

Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 3 məsələ daxil edildiyini deputatların diqqətinə çatdırıb.

24 may 2021    19:18
941

Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır

Mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.

24 may 2021    18:06
1225

Milli Məclisin növbəti iclasında

Mayın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri onun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin mayın 17-dən 19-dək İtaliya Respublikasına rəsmi səfəri barədə məlumat verib.

21 may 2021    18:30
322

Asiya Parlament Assambleyasının komitə iclasında

Mayın 20-də Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.

20 may 2021    17:20
802

İtaliyada Azərbaycanın dostları ilə görüşdə

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.

19 may 2021    18:58
349

Baltikyanı ölkələrlə əlaqələrin aktivləşdirilməsi vacibdir

Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.

19 may 2021    15:51
778

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.

19 may 2021    15:10
538

Azərbaycan-İtaliya əlaqələri inkişaf edir

Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.

18 may 2021    21:46

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.