Ana səhifə  /  XƏBƏRLƏR
658

Milli Məclisin Sədri Sahibə Qafarova "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşdə iştirak edib

Aprelin 28-də Milli Məclisin Sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərlərinin "Beynəlxalq sülh və etimadın möhkəmləndirilməsində parlamentarilərin rolu" mövzusunda onlayn görüşündə iştirak edib. Türkmənistan parlamentinin təşəbbüsü və təşkilatçılığı ilə təşkil olunan görüşdə spiker Sahibə Qafarova çıxış edib.

28 aprel 2021    19:28
404

Milli Məclisdə görüş

Aprelin 28-də Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunda Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores ilə görüş olub.

28 aprel 2021    19:12
463

Milli Məclisdə ailə strategiyasına dair dinləmələr keçirilib

Aprelin 28-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi və Ombudsmanın birgə təşkilatçılığı ilə “Azərbaycan Ailə Strategiyasının formalaşması hüquq müstəvisində” mövzusunda onlayn formatda dinləmələr keçirilib.

28 aprel 2021    19:10
377

Yerli özünüidarəetmənin inkişaf perspektivlərinə dair videokonfransda

Aprelin 28-də Milli Məclisin Regional məsələlər Komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

28 aprel 2021    17:15
906

Parlamentin iclasında Milli Məclisin Sədri Sahibə Qafarova qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib

Aprelin 27-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova son günlər səsləndirilən qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib. Sədr diqqətə çatdırıb ki, 106 il bundan əvvəl ermənilərin guya soyqırıma məruz qaldığı barədə iddia Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaradıb.

27 aprel 2021    18:30
793

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Aprelin 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda ilk olaraq “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məsələyə baxılıb.

26 aprel 2021    16:41
878

Milli Məclisin Sədri Sahibə Qafarovanın TBMM Sədri ilə telefon danışığı olub

Aprelin 24-də Milli Məclisinin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop arasında telefon danışığı olub. Sahibə Qafarovanın təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı qardaş ölkə parlamentlərinin spikerləri Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınadıqlarını ifadə ediblər.

24 aprel 2021    23:47
828

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirir ki, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistanda verdiyi qərəzli və birtərəfli açıqlamalarına kəskin reaksiya verib. Milli Məclis Sədri bildirib ki, fransalı spiker tərəfindən verilən bəyanatlar onun ölkəsinin Minsk qrupu həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır: “Senatın sədri öz açıqlamalarında bir tərəfdən Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, onun işinə yeni impuls verilməsinə çağırış edir, digər tərəfdən isə açıq ermənipərəst və anti-Azərbaycan, anti-Türkiyə mövqe nümayiş etdirir. Senat sədrinin Yerevanda təşkil edilmiş bir sərgidə gördüklərindən yola çıxaraq, Türkiyədə və “artsax”da “erməni mədəniyyətinin izləri”nin silinməsindən bəhs etməsi, sadə dillə desək, siyasi ciddiyyətdən uzaqdır”.

24 aprel 2021    21:42
1179

Milli Məclisin iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatı dinlənilib

Aprelin 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasın gündəliyi təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə başlanılıb. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Fazil Mustafa, Nurlan Həsənov, Hikmət Məmmədov, Cavid Osmanov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Jalə Əliyeva və Elman Nəsirov seçiciləri narahat edən məsələlərlə bağlı qeyd və təkliflərini səsləndiriblər.

23 aprel 2021    18:22
342

MDB ölkələrində miqrasiya problemlərinə dair dəyirmi masa keçirilib

Aprelin 21-də “MDB-nin iştirakçı dövlətlərində pandemiya dövründə miqrasiya proseslərinin tənzimlənməsi xüsusiyyətləri” adlı onlayn formatda dəyirmi masa keçirilib. Tədbirdə Milli Məclisin deputatları Nizami Səfərov və Anatoliy Rafailov iştirak ediblər.

21 aprel 2021    17:56
387

MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasında

Aprelin 21-də MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının videokonfrans formatında iclası keçirilib. İclasa bu komissiyanın sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Nizami Səfərov sədrlik edib.

21 aprel 2021    17:38
347

Milli Məclisdə görüş

Aprelin 21-də Milli Məclisin Elm və təhsil komitəsinin sədri, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamidlə görüşüb.

21 aprel 2021    17:28
333

Avronest PA-nın 9-cu sessiyası başa çatıb

Aprelin 20-də onlayn formatda işini davam etdirən Avronest PA-nın plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

20 aprel 2021    23:16
548

Avronest PA-nın plenar iclasında

Aprelin 20-də Avronest PA-nın 9-cu sessiyası çərçivəsində qurumun onlayn formatda plenar iclası keçirilib. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli və nümayəndə heyətinin üzvləri Qüdrət Həsənquliyev, Rauf Əliyev, İltizam Yusifov, Məlahət İbrahimqızı, Hicran Hüseynova, Vüqar Bayramov, Nurlan Həsənov iştirak ediblər.

20 aprel 2021    16:28
416

Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin iclasında

Aprelin 19-da Avronest Parlament Assambleyasının 9-cu sessiyası çərçivəsində qurumun Enerji təhlükəsizliyi komitəsinin onlayn iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları Vüqar Bayramov, Rauf Əliyev və İltizam Yusifov iştirak ediblər.

19 aprel 2021    18:28
537

AVRONEST PA-da sosial məsələlərə xüsusi diqqət yetirilib

Avronest PA-nın aprelin 19-da keçirilən Sosial məsələlər, məşğulluq, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin onlayn iclasına Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvü, deputat Məlahət İbrahimqızı həmsədrlik edib.

19 aprel 2021    17:55
416

AVRONEST PA-nın komitə iclaslarında

Aprelin 19-da Avronest PA-nın iki günlük 9-cu sessiyası öz işinə başlayıb. Sessiyanın birinci günündə qurumun daimi komitələrinin onlayn formatda iclasları keçirilib. Milli Məclisin Avronest PA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildiriblər.

19 aprel 2021    17:54

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.