Ana səhifə  /  XƏBƏRLƏR
202

MİLLİ MƏCLİSDƏ İLK DƏFƏ VİDEOKONFRANS KEÇİRİLDİ

Xəbər verildiyi kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi olaraq, Milli Məclis Sədrinin təşəbbüsü ilə Parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır. Bu gün – martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilmişdir.

29 mart 2020    03:03
235

Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir

Milli Məclis Sədrinin təşəbbüsü ilə -ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi -Parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır. Belə ki, Milli Məclisin 30 mart 2020-ci ildə keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapmışdır.

29 mart 2020    03:03
142

Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılmışdır

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Azərbaycan Respublikası Milli Məclisinin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə Milli Məclis Sədrinin 2020-ci il 18 mart tarixli Sərəncamına uyğun olaraq, 2020-ci il martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılmışdır.

24 mart 2020    11:03
223

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələrini narahat etməkdə və təəssüf ki, sürətlə yayılmaqdadır. Qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə dövlətimiz operativ və vaxtında qabaqlayıcı tədbirlər görüb və bu işlər davam etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə ölkəmizdə ciddi əməl olunur və bu təşkilat Azərbaycan dövlətinin bu sahədə atdığı addımları yüksək qiymətləndirir.

23 mart 2020    04:03
163

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Milli Məclisin Mətbuat xidməti bildirir ki, martın 18-də Parlamentin Sədri Sahibə Qafarova Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında Sərəncam imzalamışdır.Sərəncamda aşağıdakı məsələlər öz əksini tapmışdır:

18 mart 2020    04:03
204

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Milli Məclisin Mədəniyyət komitəsi martın 18-də onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib. Komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə keçirilməsi zərurətinin yarandığını vurğulayıb. İclasda əvvəlcə komitənin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olunub.

18 mart 2020    01:03
227

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Martın 16-da VI çağırış Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verildi. Qeyd edildi ki, iclasda koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələlər, habelə Səhiyyə komitəsinin 2020-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi müzakirə olunacaq.

17 mart 2020    08:03
219

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 17-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Dörd məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyasına toxundu. Qeyd etdi ki, Azərbaycanda bu təhlükəyə qarşı səmərəli mübarizə təşkil olunub. Ölkəmizdə epidemiyaya qarşı görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilib. Plenar iclasa təqdim olunmuş qanun layihələrinin dördü də həmin tədbirlərlə əlaqədardır. Bu qanun layihələrinin qəbul edilib qüvvəyə minməsi nəzərdə tutulan mübarizənin kompleks şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaq.

17 mart 2020    05:03
333

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Tahir Mirkişili iclası açaraq deputatları parlamentə seçilmələri münasibəti ilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

17 mart 2020    03:03
237

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Martın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin VI çağırış parlamentdə ilk iclası keçirildi. Komitə sədri Musa Quliyev millət vəkillərinə yeni sessiyada uğurlar arzuladı.Bildirildi ki, iclasın gündəliyinə üç məsələ daxil edilib. Əvvəlcə millət vəkilləri “Turizm haqqında” qanuna edilən dəyişiklikləri müzakirə etdilər. Musa Quliyev vurğuladı ki, bununla bağlı yeni qanun layihəsi hazırlıqlarının davam etdirilməsi nəzərdə tutulur.

16 mart 2020    04:03
278

ELM və TƏHSİL KOMİTƏSİNDƏ

Martın 16-dA VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirildi. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitə üzvlərini təbrik etdi, Azərbaycan Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrin yerinə yetirilməsində deputatlara uğurlar arzuladı.

16 mart 2020    02:03
220

MİLLİ MƏCLİSİN İCLASINDA

Martın 13-də altıncı çağırış Milli Məclisin növbəti iclası keçirildi. İclası açan parlament Sədri Sahibə Qafarova bildirdi ki, parlament seçkilərinin nəticəsi olaraq ölkəmizin altıncı çağırış Milli Məclisi uğurla formalaşmışdır. Bugünkü iclasda Mərkəzi Seçki Komissiyasının Sədri Məzahir Pənahov iştirak edir və millət vəkillərinə deputat vəsiqələri paylanacaq.Sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə mandat qazanan millət vəkillərini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

13 mart 2020    05:03
145

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Milli Məclisin Mətbuat xidməti bildirir ki, deputat Sahibə Qafarovanın VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi münasibəti ilə parlamentin ünvanına çoxsaylı təbriklər daxil olmaqdadır. Bu münasibətlə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Rik Daems martın 11-də Spikerin adına təbrik məktubu göndərmişdir. Məktubda deyilir:

12 mart 2020    06:03
140

QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) tədbirlərində iştirak etmək üçün martın 3-dən 4-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq.

29 fevral 2020    12:02
166

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Rauf Əliyev “Xocalıya ədalət” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün fevralın 20-dən 22-dək İsrailin Təl-Əviv şəhərində səfərdə olacaq. * * * Milli Məclisin deputatı Naqif Həmzəyev Türkiyədə keçiriləcək “Xocalıya Ədalət həftəsi”ndə iştirak etmək üçün fevralın 20-də İstanbul şəhərinə səfər edəcək.

19 fevral 2020    03:02
144

ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASI KEÇİRİLƏCƏK

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqdır.

18 fevral 2020    11:02
222

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Fevralın 9-da “Turan” informasiya agentliyi xəbər verib ki, guya Milli Məclisin Sədri Oqtay Əsədov günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdir.

09 fevral 2020    07:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.