Ana səhifə  /  XƏBƏRLƏR
166

QIRĞIZISTAN BAŞ PROKURORLUĞUNUN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 5-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Qırğızıstan Baş Prokurorunun müavini Cəmilə Camanbayevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qonaqları səmimi salamlayan Ziyafət Əsgərov bildirdi ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan sistemli tədbirlər görülüb, mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılıb.

05 noyabr 2019    04:11
82

AZƏRBAYCAN-TÜRKMƏNİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Noyabrın 4-də Milli Məclisin Sədri Oqtay Əsədov Türkmənistan Məclisinin Sədri xanım Gülşat Məmmədovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə spiker ümidvar olduğunu bildirdi ki, bu rəsmi səfər ölkələrimiz arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə mühüm tövhəsini verəcək.

04 noyabr 2019    07:11
143

LİTVA XÜSUSİ İSTİNTAQ XİDMƏTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Oktyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Litva Respublikası Xüsusi İstintaq Xidmətinin nümayəndə heyətinin üzvləri ilə görüşdülər. Ziyafət Əsgərov Azərbaycan parlamentinin qanun yaradıcılığı prosesindən, ölkədə korrupsiya ilə mübarizə sahəsində qəbul edilən qanun və qərarlardan, Avropa Birliyi və digər ölkələrlə ratifikasiya edilmiş konvensiyalardan ətraflı söz açdı.

30 oktyabr 2019    02:10
161

DEPUTATIMIZ UKRAYNAYA SƏFƏR EDƏCƏKDİR

Milli Məclisin deputatı Sahibə Qafarova Avronest PA-nın Büro iclasında iştirak etmək üçün oktyabrın 30-da Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gedəcək.

29 oktyabr 2019    03:10
210

ƏMƏK və SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası oldu. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.

28 oktyabr 2019    05:10
72

BEYNƏLXALQ KONFRANSDA

Xəbər verildiyi kimi, Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransında Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 60 ölkənin parlament rəhbərlərinin iştirak etdiyi konfransda təşkilatın sədri Lilian Mori Paskye və Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç çıxış ediblər.

25 oktyabr 2019    02:10
71

AŞPA İLƏ ƏLAQƏLƏR DAHA DA MÖHKƏMLƏNİR

Strasburqda Avropa Şurasına üzv dövlətlərin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən ölkələrin parlament sədrlərinin konfransı çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov AŞPA-nın sədri Lilian Mori Paskye ilə görüşüb.

25 oktyabr 2019    02:10
162

DEPUTATIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Ilham Məmmədov Türkiyə Böyük Millət Məclisi və Asiya Parlament Assambleyasının təşkilatçılığı ilə İcraedici Şuranın 1-ci iclasında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Rizə şəhərinə səfərə gedəcək.

24 oktyabr 2019    03:10
74

PARLAMENT SƏDRLƏRİNİN AVROPA KONFRANSINDA

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün oktyabrın 23-dən 25-dək Strasburqda səfərdə olacaq.

23 oktyabr 2019    12:10
230

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

23 oktyabr 2019    02:10
223

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra cari məsələlər müzakirə olundu. Deputatlar radikal müxalifətin son günlər keçirdiyi qanunsuz aksiyanı qətiyyətlə pislədilər, icazəsiz mitinqlərin yolverilməz olduğunu qeyd etdilər. Bildirdilər ki, qanuna və qanunçuluğa riayət etmək, Azərbaycan xalqının dövlətini və müstəqil dövlətçiliyini qorumaq hər bir vətəndaşın borcudur.

22 oktyabr 2019    06:10
170

AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Oktyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının üzvü, Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya üzrə federal naziri xanım Fehmida Mirzənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 oktyabr 2019    04:10
196

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirdi.

18 oktyabr 2019    03:10
134

QDİƏTPM-nin KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatları Jalə Əliyeva və Aydın Mirzəzadə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 53-cü iclasında iştirak etmək üçün oktyabrın 20-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfərə gedəcəklər.

18 oktyabr 2019    02:10
147

DEPUTATIMIZ MDB PA-nın KOMİSSİYA İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 20-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gedəcək.

18 oktyabr 2019    02:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.