Ana səhifə  /  XƏBƏRLƏR
89

Milli Məclisin deputatı Çexiyaya səfər edəcək

Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev oktyabrın 18-də Çexiyanın paytaxtı Praqa şəhərinə səfər edəcək.

17 oktyabr 2023    10:43
138

Milli Məclisin deputatı Avstriyaya səfər edəcək

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tahir Mirkişili oktyabrın 16-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcək.

16 oktyabr 2023    09:38
167

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qurumun ölkəmizlə bağlı ədalətsiz yanaşmasını qətiyyətlə rədd edib

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) tərəfindən oktyabrın 12-də Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan, qərəz və yalanlardan qaynaqlanan qətnamə və tövsiyə sənədi qəbul edilib. Azərbaycanın AŞPA-da nümayəndə heyəti bununla bağlı etiraz bəyanatı yayıb.

13 oktyabr 2023    21:59
828

Milli Məclisdə “Heydər Əliyev - 100: Müasir Azərbaycan-sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilib

Oktyabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Heydər Əliyev - 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransa Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev moderatorluq edib. Tədbiri açan Musa Quliyev giriş nitqi ilə çıxış edib.

13 oktyabr 2023    17:33
97

Milli Məclisin deputatları İtaliyaya səfər edəcəklər

Milli Məclisin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliya Respublikasının paytaxtı Roma şəhərinə səfər edəcəklər.

13 oktyabr 2023    16:08
857

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə Milli Məclisin xüsusi iclası keçirilib

İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə oktyabrın 12-də Milli Məclisin xüsusi iclası keçirilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bugünkü xüsusi iclasın gündəliyinə 1 məsələ - İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı daxil edilib.

12 oktyabr 2023    17:33
191

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyanın Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İon-Marçel Çolaku ilə görüşüb. Milli Məclis sədrini səmimiyyətlə salamlayan Rumıniyanın Baş naziri Azərbaycana səfərini və səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşünü xoş təəssüratlarla xatırlayıb.

11 oktyabr 2023    10:46
121

Milli Məclisin deputatı Polşada parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Assambleyasının komitə sədri Azay Quliyev Polşa Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün oktyabrın 11-də Varşavaya səfər edəcək.

10 oktyabr 2023    18:34
286

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Oktyabrın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclasda “Energetika haqqında” Azərbaycan Respublikası qanun layihəsi (ikinci oxunuş) və cari məsələ olaraq qəbul edilmiş qanunların icrası mexanizmləri ilə bağlı müzakirələrin aparılacağını söyləyib.

10 oktyabr 2023    18:00
156

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində iştirak edəcəklər

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyanın və Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın, deputatlar Rüfət Quliyev, Malik Həsənov və Mixail Zabelin qurumun İqtisadiyyat və maliyyə, Nəzarət-büdcə, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün oktyabrın 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

10 oktyabr 2023    09:57
218

Gürcüstan parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Oktyabrın 9-da ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin nümayəndə heyəti Milli Məclisin inzibati binasına gəlib. Qonaqlar burada deputatlar və parlament əməkdaşları üçün yaradılmış iş şəraiti ilə tanış olublar. Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Baş katibi xanım Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

09 oktyabr 2023    18:56
143

Gürcüstan parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Gürcüstan parlamentinin Baş katibi Ketevan Kvinikadzenin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb.

09 oktyabr 2023    18:15
168

Milli Məclisin nümayəndə heyəti Kopenhagendə bir sıra ikitərəfli görüşlər keçirib

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-dan Danimarka Krallığının Kopenhagen şəhərində səfərdədirlər.

09 oktyabr 2023    17:40

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.