Ana səhifə  /  XƏBƏRLƏR
141

Milli Məclisin deputatları Latviyaya səfər edəcəklər

Milli Məclisin deputatları - Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və Məlahət İbrahimqızı oktyabrın 9-da Latviya Respublikasının paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

09 oktyabr 2023    10:50
147

Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN BƏYANATI

Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun.

06 oktyabr 2023    18:30
130

AŞPA-nın payız sessiyası keçiriləcək

Oktyabrın 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Fazil Mustafa, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

06 oktyabr 2023    18:25
486

Milli Məclisin plenar iclasında

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib.

06 oktyabr 2023    18:03
114

Serbiya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Serbiya parlamenti sədri Vladimir Orliçin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 6-da Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

06 oktyabr 2023    15:03
190

“ASAN Könüllüləri” Təşkilatının bir qrup üzvü Milli Məclisdə olub

Oktyabrın 5-də “ASAN Könüllüləri” Təşkilatının 50-yə yaxın üzvü 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində Milli Məclisdə Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuş parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimovla görüşüblər.

05 oktyabr 2023    17:46
465

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə iki məsələ daxil edilib. Birinci məsələ “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsidir.

05 oktyabr 2023    17:00
128

Deputatlarımız NATO PA-nın 69-cu illik sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları - NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, nümayəndə heyətinin üzvləri parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev NATO PA-nın 69-cu illik sessiyasında iştirak etmək məqsədilə oktyabrın 6-da Danimarka Krallığının Kopenhagen şəhərinə səfər edəcəklər.

05 oktyabr 2023    09:37
353

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Oktyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda 30 il əvvəl – 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsinin Azərbaycan xalqının həyatında əlamətdar tarix olduğu bildirilib və bununla da ölkəmizin bugünkü uğurlarının təməllərinin qoyulduğu vurğulanıb.

03 oktyabr 2023    17:58
300

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 3-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib. Onlayn iclası açan komitənin sədri Bəxtiyar Əliyev, 3 oktyabr tarixinin Azərbaycan xalqının həyatında əlamətdar hadisə kimi yadda qaldığını deyib, Ulu öndər Heydər Əliyevin 30 il əvvəl həmin gün hakimiyyətə qayıdışının Azərbaycanın qurtuluşu və bugünkü uğurlarımızın təməli olduğunu bildirib. O, bildirib ki, bu gün Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

03 oktyabr 2023    17:30
324

Regional məsələlər komitəsinin iclasında

Oktyabrın 3-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, iclasda ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

03 oktyabr 2023    14:46
143

Çex parlament nümayəndə heyəti ilə görüş

Oktyabrın 2-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşüb.

02 oktyabr 2023    18:32
207

Milli Məclisdə görüş

Oktyabrın 2-də Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İmamverdi İsmayılov Mərakeş Krallığı Parlamentinin Mərakeş-Azərbaycan dostluq qrupunun rəhbəri Abderrazak Ahluş ilə görüşüb.

02 oktyabr 2023    16:32
152

Milli Məclisin deputatı İsveçrə Konfederasiyasında səfərdə olacaq

Milli Məclisin deputatı Kamal Cəfərov BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar komitəsinin Ermənistan üzrə dövri hesabatının təqdimat iclasında iştirak etmək üçün oktyabrın 3-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

02 oktyabr 2023    15:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.