Ana səhifə  /  XƏBƏRLƏR
162

Milli Məclisin deputatları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda olublar

Milli Məclisin bir qrup deputatı - Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, komitə sədrinin müavini Sabir Hacıyev, komitə üzvləri Novruzəli Aslanov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev, Aydın Hüseynov və İqbal Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna (AQTİ) gələrək burada qurumun fəaliyyəti ilə yaxından tanış olublar.

22 fevral 2023    14:46
565

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Fevralın 21-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların – bacı və qardaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

21 fevral 2023    16:55
348

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Fevralın 21-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasın gündəliyinə 4 məsələnin daxil edildiyini söyləyib.

21 fevral 2023    14:52
142

“Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Milli Məclisdə olublar

Fevralın 20-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Heydər Əliyev İli”nə həsr olunmuş XIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları ilə görüşüb. Görüşdə deputatlar Emin Hacıyev, Jalə Əhmədova, Ramil Həsən və Könül Nurullayeva iştirak ediblər.

20 fevral 2023    17:08
118

ATƏT PA-nın qış sessiyasında

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Ağalar Vəliyev, Tahir Mirkişili, Tural Gəncəliyev ATƏT PA-nın 22-ci qış sessiyasında iştirak etmək üçün fevralın 21-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

20 fevral 2023    12:35
179

Milli Məclisin deputatları Avronest PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-də Moldovanın Kişineu şəhərinə səfər edəcəklər.

18 fevral 2023    12:31
609

Milli Məclisin plenar iclasında

Fevralın 17-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

17 fevral 2023    19:20
382

Regional məsələlər komitəsinin iclasında

Fevralın 15-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib.

15 fevral 2023    17:12
122

Deputatlarımız ABŞ-da səfərdə olacaqlar

Milli Məclisin üzvləri Naqif Həmzəyev və Şahin İsmayılov fevralın 12-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər edəcəklər.

11 fevral 2023    12:31

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.