Ana səhifə  /  XƏBƏRLƏR
330

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Oktyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclasda bir məsələnin – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini söyləyib.

30 oktyabr 2024    17:31
383

İnsan hüquqları komitəsinin onlayn iclasında

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə bir məsələ - “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxildir.

30 oktyabr 2024    14:48
537

Milli Məclisin iclasında

Oktyabrın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

29 oktyabr 2024    17:12
522

Avropa Parlamentinin 2024-cü il 24 oktyabr tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi ilə tanış olduq. Özünü Avropa parlamentarizminin siması kimi təqdim edən bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq, yenidən ölkəmizə qarşı hücuma keçib.

24 oktyabr 2024    17:47
278

Deputatlarımız Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Tbilisi şəhərinə səfər edəcəklər.

24 oktyabr 2024    11:55
813

Milli Məclisin plenar iclasında

Oktyabrın 22-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

22 oktyabr 2024    18:36
219

MDB PA-nın komissiya iclasında

Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

22 oktyabr 2024    15:42
461

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçirilib

Oktyabrın 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirəsi keçirilib. İclasda Milli Məclisin deputatları, beyin(araşdırma) mərkəzlərinin nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, ekspertlər, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov iştirak ediblər.

21 oktyabr 2024    18:31
317

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.
Parlamentin sədri Sahibə Qafarovanı bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edən səfir, ötən dövrdə Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.

21 oktyabr 2024    17:04
622

Milli Məclisin iclasında

Oktyabrın 18-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

18 oktyabr 2024    17:53
219

MDB PA-nın komissiya iclasında

Oktyabrın 18-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

18 oktyabr 2024    15:46
211

Beynəlxalq konfransda

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova oktyabrın 19-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edəcək.

18 oktyabr 2024    10:35

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.