Ana səhifə  /  XƏBƏRLƏR
383

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı müzakirə edilib

Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatının müzakirəsi daxil edilib.

15 dekabr 2022    17:43
294

Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.

14 dekabr 2022    18:50
206

Koreya nümayəndə heyəti ilə görüşdə

Dekabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

14 dekabr 2022    17:59
168

Deputatımız Norveçə səfər edəcək

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən “Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı” çərçivəsində dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək.

13 dekabr 2022    18:27
277

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

13 dekabr 2022    16:54
142

Beynəlxalq konfransda

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

12 dekabr 2022    13:15
215

Deputatlarımız beynəlxalq tədbirdə iştirak ediblər

Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.

09 dekabr 2022    19:40
287

Milli Məclisdə görüş

Dekabrın 9-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb. Görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.

09 dekabr 2022    16:06
270

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

07 dekabr 2022    20:15

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.