Ana səhifə  /  XƏBƏRLƏR
85

TÜRKPA-nın komissiya iclasında

Martın 11-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Heydər Əsədov TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyanın onuncu iclasında iştirak etmək üçün Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcəklər. Xatırladırıq ki, Əhliman Əmiraslanov adıçəkilən komissiyanın sədri, Heydər Əsədov isə üzvüdür.

10 mart 2025    16:48
284

Milli Məclisdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib

Martın 10-da parlamentdə İctimai birliklər və dini qurumlar komitəsinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda ictimai dinləmə keçirilib. Dinləməni giriş sözü ilə açan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa belə mühüm mövzuda ictimai dinləmənin keçirilməsinə göstərdiyi dəstəyə görə spiker Sahibə Qafarovaya təşəkkür edib.

10 mart 2025    16:26
467

Milli Məclisin plenar iclasında

Martın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib.

07 mart 2025    17:38
96

Milli Məclisin deputatı onlayn iclasda iştirak edib

Parlamentlərarası İttifaq və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin birgə təşkilatçılığı ilə “Yeni Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrin həyata keçirilməsi: parlamentlər iqlim gündəliyini necə irəli apara bilərlər?” mövzusunda onlayn iclas keçirilib.

06 mart 2025    15:18
350

TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib

Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb. TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.

04 mart 2025    17:26
97

MDB PA-nın komissiya iclasında

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

04 mart 2025    15:35
463

İnsan hüquqları komitəsində ombudsmanın illik məruzəsi dinlənilib

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Komitənin sədri Zahid Oruc gündəliyə bir məsələnin - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsinin daxil edildiyini söyləyib.

03 mart 2025    16:28
89

GUAM PA-nın iclaslarında

Martın 3-də GUAM Parlament Assambleyasının (GUAM PA) videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.

03 mart 2025    15:58

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.