Ana səhifə  /  XƏBƏRLƏR
223

Dostluq qruplarının onlayn görüşündə

Aprelin 11-də Milli Məclisin Birləşmiş Ərəb Əmirlikləri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Birləşmiş Ərəb Əmirlikləri parlamentinin Azərbaycanla dostluq komitəsi arasında videokonfrans formatında görüş keçirilib.

11 aprel 2023    17:07
206

QDİƏT Parlament Məclisinin komitə iclasında

Aprelin 11-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Texnoloji və ekoloji məsələlər üzrə komitəsinin videokonfrans formatında iclası keçirilib.

11 aprel 2023    16:44
628

Milli Məclisin növbəti plenar iclasında

Aprelin 11-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın 11 məsələdən ibarət gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

11 aprel 2023    15:57
227

Milli Məclisdə görüş

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və komitənin üzvləri aprelin 11-də Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

11 aprel 2023    15:50
182

Özbəkistanda "Şuşa günləri" keçiriləcək

Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tamam Cəfərova və Vüqar İsgəndərov aprelin 11-12-də Özbəkistanda keçiriləcək "Şuşa günləri" silsilə tədbirlərində iştirak edəcəklər.

10 aprel 2023    15:28
692

Milli Məclisin plenar iclasında

Aprelin 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

07 aprel 2023    20:01
485

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Aprelin 7-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. İclasda Energetika naziri Pərviz Şahbazov, Enerji Məsələlərini Tənzimləmə Agentliyi İdarə Heyətinin sədri Samir Axundov, Energetika nazirinin müavini Samir Vəliyev, nazirliyin şöbə müdirləri Ələsgər Həsənov və İbrahim Ağayev iştirak ediblər.

07 aprel 2023    19:10
259

Qlobal Parlament Forumu keçiriləcək

Milli Məclisin deputatı Məzahir Əfəndiyev aprelin 9-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərinə səfər edəcək.

07 aprel 2023    18:10
332

Milli Məclisdə UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüş keçirilib

Aprelin 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin sədr müavini Sevinc Fətəliyeva ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən təlim proqramında iştirak edən UNESCO üzrə milli komissiyaların baş katibləri ilə görüşüblər.

05 aprel 2023    18:25
294

Milli Məclisdə görüş

Aprelin 5-də ölkəmizdə səfərdə olan Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclisin Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin görüşü olub.

05 aprel 2023    16:50
1038

Milli Məclisin plenar iclasında

Aprelin 4-də parlamentin birinci vitse-spikeri Əli Hüseynlinin sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

04 aprel 2023    18:24
680

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Aprelin 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda növbəti iclası keçirilib. Onlayn iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı məsələ daxil edilib.

03 aprel 2023    16:13
547

Milli Məclisin sədri Sahibə Qafarova Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib

Milli Məclisin sədri Sahibə Qafarova martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış deputat Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Fazil Mustafanın vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanan spikerə məlumat verilib ki, onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün lazımi tədbirlər görülür.

02 aprel 2023    15:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.