
“Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu “Türkiyə-Azərbaycan əməkdaşlıq fürsətləri və regional risklər” adlı konfransda iştirak etmək üçün dekabrın 14-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Deputatımız Norveçə səfər edəcək
Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası ilə BMT arasında həyata keçirilən “Terrorçuların Səyahətinə qarşı Mübarizə Proqramı” çərçivəsində dekabrın 14-də Norveç Krallığının paytaxtı Oslo şəhərinə səfər edəcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Dekabrın 13-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 26 məsələ daxil edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov gündəliyə üç məsələnin daxil edildiyini bildirib.
Milli Məclisdə ictimai dinləmə keçiriləcək
Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

Beynəlxalq konfransda
Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Deputatlarımız beynəlxalq tədbirdə iştirak ediblər
Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.

Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri üçüncü oxunuşda qəbul edilib
Dekabrın 9-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

Ankarada Ulu Öndər Heydər Əliyevin anım günü keçiriləcək
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov dekabrın 10-da Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Milli Məclisdə görüş
Dekabrın 9-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb. Görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.
Vitse-spiker Adil Əliyev beynəlxalq elm olimpiadalarının qalibi olan gənclərlə görüşüb
Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev rəhbərlik etdiyi komitənin iş planına uyğun olaraq, dekabrın 8-də növbəti dəfə elm olimpiadalarının qalibləri olan gənclərlə görüş keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkmənistanın "Əməkdaşlığın inkişafına töhfəyə görə" Dövlət ordeni ilə təltif olunub. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bununla bağlı sərəncam imzalayıb.

Azərbaycan və Türkmənistan parlamentləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Türkmənistanda rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdə parlamentlərimiz arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində dekabrın 7-də bu ölkənin Milli Qenqeşi Məclisində çıxış edib.

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.
Komitələrin birgə iclasında
Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

AŞPA-nın Büro və komitə iclaslarında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın Büro iclasında iştirak etmək üçün dekabrın 8-də Parisə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Siyasi partiyalar haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Dekabrın 6-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.