Elm və təhsil komitəsinin iclasında
Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Anar İsgəndərov iclası açaraq müzakirəyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) çıxarıldığını söyləyib. Komitə sədri sənəd haqqında məlumat vermək üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası keçiriləcək
Fevralın 18-dən 20-dək Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası keçiriləcək. “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çox ölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
Milli Məclisin komitə sədrləri - Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, işçi qrupunun üzvləri Azər Əmiraslanov və Musa Quliyev fevralın 12-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.
Regional məsələlər komitəsində
Fevralın 10-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədr müavini Nurlan Həsənov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını bildirib.

Milli Məclisin deputatları Nyu-Yorka səfər edəcəklər
Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu-York şəhərinə səfər edəcəklər.
Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Fevralın 5-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin cari ilin yaz sessiyasında onlayn iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəliyə iki qanun layihəsinin daxil edildiyini bildirib.

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib
Fevralın 3-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin sədri yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Milli Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib
Fevralın 3-də VII çağırış Milli Məclisin yenidən formalaşdırılmış Hesablayıcı komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səbinə Salmanovanın sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
İntizam komissiyasının iclasında
Fevralın 3-də VII çağırış Milli Məclisin yeni formalaşmış İntizam komissiyasının ilk iclası keçirilib. Komissiya üzvü Səttar Möhbalıyevin sədrlik etdiyi iclasda təşkilati məsələlərə baxılıb.
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının AÇIQLAMASI
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası öz səlahiyyətləri çərçivəsində mütəmadi olaraq hibrid təhdid halları ilə bağlı təhlillər aparır.
_1738322047.jpeg)
Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib
Yanvarın 31-də Prezident İlham Əliyevin donorluğun və qan xidmətinin inkişafına dair imzaladığı sərəncamlara və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irsi qan xəstələrinə və təcili əməliyyata ehtiyacı olan insanlara kömək etmək üçün könüllü qanvermə aksiyalarının keçirilməsi barədə etdiyi çağırışa dəstək vermək məqsədilə Milli Məclisdə könüllü qanvermə aksiyası keçirilib.
_1738247236.jpeg)
Gənclər və idman komitəsinin iclasında Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib
Yanvarın 30-da Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında təqdimatı keçirilib. Komitənin sədri Şahin İsmayılov iclası açaraq Milli Məclisin sədri Sahibə Qafarovaya tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Milli Məclisdə ilkin səhiyyə xidməti ilə bağlı dinləmə keçirilib
Yanvarın 30-da Milli Məclisin Səhiyyə komitəsində “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları" mövzusunda dinləmə keçirilib. Tədbiri açan komitə sədri Əhliman Əmiraslanov bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 27-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Toponimiya komissiyasının iclasında
Yanvarın 27-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Yanvarın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.
_1737718064.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Belarus səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçını Azərbaycandakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 24-də Milli Məclisin Gənclər və idman komitəsinin 2025-ci ilin yaz sessiyasında ilk iclası keçirilib. İclası açan komitə sədri Şahin İsmayılov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Əli Hüseynli yeni sessiyadakı fəaliyyətlərində komitə üzvlərinə müvəffəqiyyətlər arzulayıb.