İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında
İyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Milli Məclisin sədri Sahibə Qafarova İstanbul şəhərində keçirilən Qlobal Parlament Konfransında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində iyunun 20-də "Parlamentlər, Miqrasiya və Qaçqınlar Haqqında Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı" mövzusunda keçirilən Qlobal Parlament Konfransında iştirak edib.
Elm və təhsil komitəsinin iclasında
İyunun 20-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.
Milli Məclisdə görüş
İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan Mohtaşami ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib
İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib.

Deputatlarla I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlər arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib
İyunun 19-da Milli Məclisin deputatları ilə I və II Qarabağ müharibələrində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında Zəfər Kubokunun final oyunundan öncə yoldaşlıq matçı keçirilib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İstanbulda səfərdə olacaq
İyunun 19-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti “Parlamentlər, Miqrasiya və Qaçqınlar üzrə Qlobal Sazişlər: Daha güclü beynəlxalq əməkdaşlıq və milli icraya necə nail olmalı” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Türk Akademiyasının prezidenti ilə görüşüb
İyunun 18-də Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Türk Akademiyasının səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Darhan Kıdıralı ilə görüşüb.
Milli Məclisin növbədənkənar sessiyasının iclasında
İyunun 17-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş katibinin müavini ilə görüşüb
İyunun 17-də Milli Məclisin sədri Sahibə Qafarova IX Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşüb.

AŞPA-nın yay sessiyası keçiriləcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvləri AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 18-dən 26-dək Strasburqda səfərdə olacaqlar.

Deputatlarımız TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun iclasında iştirak edəcəklər
Milli Məclisin deputatları Anar Məmmədov və Əliabbas Salahzadə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun ilk iclasında iştirak etmək üçün iyunun 16-dan Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində səfərdə olacaqlar.

Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti ilə görüşüb
İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidlə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikası Milli Şurasının spikeri ilə görüşüb
İyunun 13-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Milli Şurasının spikeri Boris Kolların başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Paraqvay parlamentinin nümayəndə heyəti ilə görüşdə
İyunun 13-də Milli Məclisin deputatları Hikmət Məmmədov və Nəsib Məhəməliyev Paraqvay parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Slovakiya Milli Şurasının sədri Şuşa şəhərinə səfər edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

Şuşa şəhərində Milli Məclisin komitələrinin birgə iclası keçirilib
İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Slovakiya Milli Şurasının sədri ölkəmizə rəsmi səfərə gəlib
İyunun 10-da Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ölkəmizə rəsmi səfərə gəlib.
ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclasında
İyunun 10-da ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun onlayn iclası keçirilib. İclası açan Qrupun sədri, ATƏT PA-nın vitse-prezidenti və bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev tədbir iştirakçılarını salamlayaraq iclasın gündəliyi barədə məlumat verib.