Ana səhifə  /  XƏBƏRLƏR
611

Səhiyyə komitəsinin iclasında

Noyabrın 3-də Milli Məclisin Səhiyyə komitəsinin onlayn iclası keçirilib. İclası acan komitə sədri Əhliman Əmiraslanov qarşıdan gələn “8 Noyabr – Zəfər Günü” münasibətilə təbriklərini çatdırıb.

03 noyabr 2021    16:00
845

Hüquq siyasəti və dövlət quruculuğu komitəsində

Noyabrın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub. İclasda “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi müzakirə edilib.

02 noyabr 2021    19:54
458

“Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsində

Noyabrın 2-də Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzrə parlamentin Elm və təhsil komitəsi yanında yaradılmış İşçi Qrupunun növbəti iclası keçirilib. İclasda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, dəvət olunmuş sahə mütəxəssisləri iştirak ediblər.

02 noyabr 2021    19:40
268

Braziliyalı senator Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, senator Antonio Anastasia noyabrın 2-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüb.

02 noyabr 2021    17:42
238

İordaniya parlamenti dostluq qrupunun sədri Zəfər Günü münasibətilə azərbaycanlı həmkarına təbrik məktubu ünvanlayıb

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasında İordaniya-Asiya və Okeaniya ölkələri ilə dostluq qrupunun sədri Əbdülrəhim əl-Maayah 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərinə təbrik məktubu ünvanlayıb.

02 noyabr 2021    16:58
389

Estoniyalı parlamentarilər Milli Məclisdə

Noyabrın 1-də Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizdə səfərdə olan Estoniya Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun sədri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

01 noyabr 2021    18:42
648

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Gündəliyin təsdiqindən sonra komitənin sədri Tahir Mirkişili müzakirəyə çıxarılan ilk iki qanun layihəsinin bir-biri ilə bağlı olduğunu bildirib.

01 noyabr 2021    18:10
290

Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım tədbirində iştirak edib

Bakının Xətai rayonunda Vətən müharibəsi şəhidi Eyvazov Əbülhəsən Balaş oğlunun anım mərasimi keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini Adil Əliyev Bakı Şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

01 noyabr 2021    17:45
287

Tovuz rayonunda şəhidlərin xatirəsi anılıb

44 günlük Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızdan biri – baş gizir Bədəlov Oqtay Ələddin oğlunun Tovuz rayonunun Çeşməli kəndində il mərasimi keçirilib.

01 noyabr 2021    16:54

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.