Ana səhifə  /  XƏBƏRLƏR
441

Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Sven Sesterin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüblər.

01 noyabr 2021    15:42
638

Şəmkir rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Sadıqovun xatirəsi ehtiramla anılıb

Şəmkir rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Rəşad Xanlar oğlu Sadıqovun şəhadətinin ildönümündə xatirəsi ehtiramla yad olunub. Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, Milli Məclisin təmsilçiləri, şəhid polkovnik-leytenantın xidmət etdiyi N saylı hərbi hissənin nümayəndələri iştirak ediblər.

01 noyabr 2021    09:08
522

Tərtər rayonunda Vətən müharibəsinin şəhidləri ehtiramla yad edilib

Milli Məclisin deputatı Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tərtərin müxtəlif kəndlərində keçirilən anım mərasimlərində iştirak edib.

30 oktyabr 2021    11:44
330

MDB PA-nın komissiyalarında

Oktyabrın 29-da MDB PA-nın 2 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib.

29 oktyabr 2021    17:53
486

Sumqayıtda şəhid Murad Məmmədovun xatirəsi yad edilib

Milli Məclisin deputatları Emin Hacıyev və Müşfiq Məmmədli 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Murad Yusif oğlu Məmmədovun Sumqayıt şəhərində keçirilən il mərasimində iştirak edib, şəhidin ailəsinə ehtiramlarını bildiriblər.

29 oktyabr 2021    14:32
308

Milli Məclisin sədr müavini Adil Əliyev Ermənistanın Bərdədə törətdiyi terrorda həlak olan dinc sakinlərin anım mərasimində iştirak edib

Ermənistan silahlı qüvvələrinin ötən il oktyabrın 28-də Bərdə şəhərinə raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Terror aktı baş verən ərazidə qurulmuş xatirə lövhəsinin qarşısında təşkil edilən mərasimdə Milli Məclis sədrinin müavini Adil Əliyev, deputatlar Fatma Yıldırım, Zahid Oruc, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, YAP rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

28 oktyabr 2021    17:44
277

“Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans keçirilib

Oktyabrın 28-də Milli Məclisin Regional məsələlər komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi zəfəri” mövzusunda videokonfrans keçirilib.

28 oktyabr 2021    16:49
265

MDB PA-nın komissiyalarında

Oktyabrın 28-də MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlara və təhdidlərə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə Birgə Komissiyasının, Müdafiə və təhlükəsizlik üzrə və Hüquqi məsələlər üzrə daimi komissiyalarının videokonfrans formatında iclasları keçirilib.

28 oktyabr 2021    15:37
249

Qars müqaviləsinin 100 illiyinə həsr olunan tədbirdə

Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkil etdiyi Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün oktyabrın 29-dan 31-nə kimi Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq.

28 oktyabr 2021    14:50

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.