Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin görüşləri
1000

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 11-də Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

11 noyabr 2021    17:58
1378

Vətən müharibəsi qazisi Milli Məclisdə işlə təmin olunub

Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.

05 noyabr 2021    20:19
804

Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in qadın deputatları ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 4-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin qadın deputatları - TBMM-in Qadınlara qarşı zorakılıqla mübarizədə araşdırma və monitorinq komissiyasının sədri Öznur Çalık və komissiya sədrinin müavini Tuba Vural Çokal ilə görüşüb.

04 noyabr 2021    16:36
731

İslam Əməkdaşlıq Təşkilatı PA-nın Baş katibi Zəfər Günü münasibətilə Milli Məclisin sədrinə təbrik məktubu ünvanlayıb

Vətən müharibəsində Azərbaycan xalqının qazandığı möhtəşəm Qələbənin birinci ildönümü münasibəti ilə xarici ölkələrin dövlət rəsmilərindən, parlament təmsilçilərindən, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərindən Milli Məclisin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

04 noyabr 2021    16:20
1186

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyeva ilə görüşüb

Oktyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimiyyətlə salamlayan Sahibə Qafarova qeyd edib ki, bu görüş ölkəmiz üçün tarixi əhəmiyyətli bir dövrə - Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbənin ildönümü ərəfəsinə təsadüf edir.

25 oktyabr 2021    16:23

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.