Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi təşkil olunub
Fevralın 26-da parlamentin inzibati binasının foyesində Milli Məclisin Sədri Sahibə Qafarovanın iştirakı ilə YARAT Müasir İncəsənət Mərkəzinin rəssamı, Belçika Kral İncəsənət Akademiyasının məzunu Ramal Kazımın Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib.
Azərbaycan Respublikası Milli Məclisi ilə ABŞ Konqresi arasında ikitərəfli münasibətlərə dair videokonfrans keçirilib
Fevralın 25-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupu (qeyd edək ki, hal-hazırda 40-a yaxın Konqres üzvü bu qrupa daxildir) arasında videokonfrans formatında görüş keçirilib.
Azərbaycan və Böyük Britaniya parlament dostluq qruplarının görüşündə Xocalı soyqırımı anılıb
İclasda Qrupun sədri Bob Bləkmən başda olmaqla Qrupun Lordlar və İcmalar Palatasından olan üzvləri, Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycanın Birləşmiş Krallıqdakı Səfiri Tahir Tağızadə və Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev iştirak edib.
Azərbaycan və Çexiya parlament dostluq qrupları arasında görüş keçirilib
Fevralın 25-də Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev və Çexiya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Zdenek Ondraçek arasında onlayn formatda görüş keçirilib.
Azərbaycan və Litva parlament dostluq qruplarının onlayn görüşü olub
Fevralın 25-də Milli Məclisin və Litva Seyminin parlamentlərarası əlaqələr üzrə qarşılıqlı dostluq qruplarının videokonfrans formatında görüşü keçirilib.
Beynəlxalq konfransda Xocalı soyqırımı yad edilib
Fevralın 24-də Ukraynada onlayn formatda təşkil olunmuş “Hərbi cinayətlər və yerli ölçüdə soyqırımı cinayətləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa Azərbaycan təmsilçiləri də qatılıblar. Tədbirə Ukraynanın “Putivl” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik moderatorluq edib.
Cibuti deputatları Xocalı soyqırımını yad ediblər
Fevralın 21-də Milli Məclisdə Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təşəbbüsüylə Cibuti Respublikası Milli Assambleyasının deputatları ilə birgə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş videokonfrans keçirilib. Onlayn formatda keçirilən konfransa Azərbaycanın Cibutidə akkreditə olunmuş Efiopiyadakı səfirliyinin və Cibutinin Moskvadakı səfirliyinin nümayəndələri də qoşulublar.
GUAM PA-nın 13-cü sessiyasında səmərəli müzakirələr aparılıb
Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 13-cü sessiyası keçirilib. Milli Məclis Sədrinin müavini Adil Əliyev sessiyanı açaraq bildirib ki, bu iclasın daha geniş tərkibdə keçirilməsi təşkilatın nüfuzunun getdikcə artmasının və fəaliyyətinin rəğbətlə qarşılanmasının bariz nümunəsidir. Qeyd edib ki, Azərbaycan Parlamenti bundan sonra da GUAM PA-nın fəaliyyətinə lazımi dəstək göstərmək əzmindədir.
GUAM Parlament Assambleyasının Büro iclası keçirilib
Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. İclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.
Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib
Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması məqsədi ilə onlayn videokonfrans keçirilib
Yanvarın 22-də "Ali təhsil haqqında" Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib.
Parlamentdə YAP-ın ilk ərazi təşkilatının tədbiri keçirilib
Yanvarın 11-də Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə 2 saylı İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib.
Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş beynəlxalq konfrans keçirilib
Dekabrın 11-də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanla Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında Heydər Əliyevin rolu” adlı beynəlxalq videokonfrans keçirilib.
Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarmışdır”
Bu sözləri Milli Məclisin Sədri xanım Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.
Milli Məclisin Sədri brifinq keçirdi
Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı oldu.
NÖVBƏDƏNKƏNAR SESSİYA ÖZ İŞİNİ BAŞA ÇATDIRDI
Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.
QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN BAŞ ASSAMBLEYASINDA
Avqustun 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası keçirilib.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA
Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclası parlamentin Sədri Sahibə Qafarova aparırdı.Spiker bildirdi ki, gündəliyə 6 məsələnin ikinci oxunuşda müzakirəsi daxil edilib və ilk 3 məsələ - büdcə sisteminə daxil olan sənədlərdə dəyişikliklərin edilməsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASINDA
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. İclası parlamentin Sədri Sahibə Qafarova açıq elan etdi. Dövlət Himni səsləndirildi.Sonra Spiker iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəddində - Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Millət vəkilləri Vətən uğrunda canlarından keçən 12 igid şəhidimizin ruhunu ehtiramla yad etdilər.