MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, sabah xalqımız 15 iyun - Milli Qurtuluş Gününü qeyd edəcək. Bildiyiniz kimi, 26 il əvvəl 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb. Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca, tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sədr bildirdi ki, iyunun 13 və 14-də keçiriləcək iclasların gündəliyinə 36 məsələ daxildir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 31-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirildi. İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (birinci oxunuş) məsələyə baxıldı. Qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təqdim etdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 30-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, mayın 30-u və 31-də keçiriləcək iclasların gündəliyinə 26 məsələ daxil edilib.
AVROPA PARLAMENTİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ OLDULAR
Mayın 29-da Milli Məclisdə “Azərbaycan Avropa məkanında” mövzusunda konfrans keçirildi. Konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, deputatlar Cavanşir Feyziyev, Mixail Zabelin, Rasim Musabəyov, Avropa Parlamentinin üzvləri iştirak edirdilər.
YAP GƏNCLƏR BİRLİYİNİN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ
Mayın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə oldular. Əvvəlcə gənclər Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdilər, sonraparlamentin iclas zalı ilə tanış oldular. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamladı, onların 28 May Respublika Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğuladı. Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında gənclərə məlumat verdi. Sonra YAP Gənclər Birliyinin üzvləri “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü”, “Azərbaycanda enerji təhlükəsizliyi” və “Azərbaycanda təhlükəsizlik sistemi: Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda dəyirmi masalarda iştirak etdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə parlamentin yaz sessiyasının növbəti iclası keçirildi. 18 məsələdən ibarət gündəlik təsdiqləndi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 3-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə 22 məsələ daxildir.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 23-də parlamentin yaz sessiyasının növbəti iclası oldu. Plenar iclasa Milli Məclisin Sədri Oqtay Əsədov sədrlik edirdi. 19 məsələdən ibarət gündəlik təsdiqləndi. Deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər.
RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR
Xəbər verildiyi kimi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılığı ilə nümayəndə heyəti ölkəmizdə səfərdədir.
MİLLİ MƏCLİSİN İCLASINDA HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 9-da Milli Məclisin növbəti iclası keçirildi. Gündəlik təsdiq edildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatıdır.
PARLAMENTDƏ İNSAN HÜQUQLARI MƏSƏLƏLƏRİ ÜZRƏ BİRGƏ İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ
Aprelin 3-də Milli Məclisdə İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupunun növbəti iclası keçirildi.İclasda işçi qrupunun həmsədrləri - Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 29-da Spiker Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. 25 məsələdən ibarət gündəlik təsdiqləndi.
MİLLİ MƏCLİSİN İCLASINDA HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 15-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabatı dinləniləcək.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 5-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. Gündəlik təsdiqləndikdən sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2018-ci ilə dair illik məruzəsi dinlənildi. Ombudsman Elmira Süleymanova öncə qarşıdan gələn 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə Azərbaycanın bütün qadınlarını, xanım deputatları təbrik etdi, xoş arzularını çatdırdı.
“KÖNÜLLÜLƏR PARLAMENTİ”NİN TƏDBİRLƏRİ BAŞA ÇATDI
Fevralın 21-də Milli Məclisdə “Könüllülər Parlamenti”nin plenar iclası keçirildi. Parlamentin sədri Kamran Əliyev iclası açaraq bildirdi ki, Milli Məclisin və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə 4 gün davam edən layihə çərçivəsində “Konüllülər Parlamenti”nin komitə iclasları keçirilib. Bu iclaslarda müxtəlif yönümlü məsələləri əhatə edən bir sıra qanun layihələri hazırlanıb, onların müzakirəsi aparılıb, təkliflər irəli sürülüb.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 27 məsələ daxil edilmişdir.Deputatlar əvvəlcə Milli Məclisin Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələyə müsbət münasibət bildirdilər.
MİLLİ MƏCLİSDƏ “KÖNÜLLÜLƏR PARLAMENTİ – AZƏRBAYCAN, 2019” LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ OLDU
Fevralın 18-də parlamentdə Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsinin açılış mərasimi keçirildi. Mərasimdən əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər.
“KÖNÜLLÜLƏR PARLAMENTİ” ÜZVLƏRİNİN DEPUTATLARLA GÖRÜŞÜ
Fevralın 19-da Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının Milli Məclisin Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Gənclər və idman komitələrinin üzvləri ilə görüşü oldu.
AİLƏ, ADƏT-ƏNƏNƏLƏR, QANUNVERİCİLİK
Fevralın 15-də Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda ictimai dinləmə keçirildi. Tədbirə əlaqədar dövlət qurumlarının, Bakı şəhər rayonları üzrə icra hakimiyyətlərinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri dəvət olunmuşdular.Müzakirəyə toplaşanları salamlayan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Aqiyə Naxçıvanlı milli mentalitetimizdən, Azərbaycan dövlətində ailə institutuna verilən dəyərdən danışdı.