Ana səhifə  /  XƏBƏRLƏR
269

Çex nümayəndə heyəti ilə görüş

İyunun 22-də Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

22 iyun 2023    15:46
219

Milli Məclisdə görüş

İyunun 22-də Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Koreya Respublikası xarici işlər nazirinin xüsusi nümayəndəsi Bek Cuhyonun ilə görüşüb.

22 iyun 2023    15:02
211

Çexiyalı deputatlar Ağdamda olublar

Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və Deputatlar Palatasının üzvü Mişal Ratiborski iyunun 21-də işğaldan azad edilmiş Ağdam şəhərində olublar. Çexiyalı parlamentariləri səfərdə Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət edib.

21 iyun 2023    17:49
155

MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında

Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün iyunun 22-də Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.

21 iyun 2023    14:27
394

Səhiyyə komitəsinin iclasında

İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuşda olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

20 iyun 2023    18:56
425

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli iclasda 8 məsələnin müzakirəyə çıxarıldığını söyləyib.

20 iyun 2023    14:35
212

AŞPA-nın yay sessiyasında

Milli Məclisin deputatları - Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Kamal Cəfərov, Erkin Qədirli, Könül Nurullayeva, Pərvin Kərimzadə, Nigar Arpadarai qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 18-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

17 iyun 2023    10:41
591

Milli Məclisin iclasında

İyunun 16-da Milli Məclisin spiker Sahibə Qafarovanın sədrliyi ilə 2023-cü ilin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

16 iyun 2023    18:21
180

Deputatlar Bolqarıstana səfər edəcəklər

Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər.

16 iyun 2023    10:16
781

Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında

İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova bildirib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən iclasımız taleyüklü bir hadisənin ildönümü ərəfəsində keçirilir. Sabah xalqımız Ulu Öndərin qəhrəmanlığını və fədakarlığını təcəssüm etdirən Milli Qurtuluş Gününün 30-cu ildönümünü dərin ehtiramla qeyd edəcəkdir.

14 iyun 2023    19:29

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.