Ana səhifə  /  XƏBƏRLƏR
425

Milli Məclisdə Qətər parlamentinin vitse-spikeri ilə görüş

İyunun 30-da Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Şura Məclisi sədrinin müavini Hamda bint Hasan Al-Sulaitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

30 iyun 2022    20:03
329

Milli Məclisdə İraq parlamentinin nümayəndə heyəti ilə görüş

İyunun 29-da Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan İraq Respublikası parlamentinin sədr müavini Abdullah Ahmad Şaxvan Talabaninin başcılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

29 iyun 2022    20:15
208

Milli Məclisdə Kuba parlamentinin nümayəndə heyəti ilə görüş

İyunun 29-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini Ana Mariya Mari Maçadonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

29 iyun 2022    19:37
1457

Milli Məclisin növbəti iclası keçirilib

İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırıb ki, iclasda 16 məsələnin müzakirəsi nəzərdə tutulub. Gündəliyin ilk iki məsələsi Milli Məclisin qərar layihələridir.

29 iyun 2022    16:52
215

ATƏT PA-nın yay sessiyasında

İyulun 2-dən 6-dək ATƏT Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Sessiyada iştirak etmək üçün Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev, nümayəndə heyətimizin üzvləri – parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, deputatlar Tural Gəncəliyev, Ülviyyə Ağayeva, Əminə Ağazadə, Ağalar Vəliyev iyunun 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Birminhem şəhərinə səfər edəcəklər.

29 iyun 2022    12:51
817

Milli Məclisin iclasında

İyunun 28-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin iyunun 23-də və 24-də Qırğızıstanın Çolpon-Ata şəhərinə işgüzar səfəri barədə məlumat verib.

28 iyun 2022    18:44
322

Deputatımız Albaniyada səfərdə olacaq

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Albaniya üzrə həmməruzəçi Asim Mollazadə qurumun fakt araşdırıcı missiyası çərçivəsində iyunun 28-də Albaniyanın paytaxtı Tirana şəhərinə səfər edəcək.

24 iyun 2022    18:14

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.