Ana səhifə  /  XƏBƏRLƏR
747

Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib

Aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

27 aprel 2022    17:40
383

Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirilib

Aprelin 27-də Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvləri – parlamentin komitə sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Cəfərov və Elman Məmmədov ölkəmizdə səfərdə olan Rumıniya parlamentinin Azərbaycanla parlament dostluq qrupunun üzvləri ilə görüşüblər.

27 aprel 2022    15:20
1175

Milli Məclisin iclasında

Aprelin 26-da Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bir neçə gün öncə ölkəmizin və xalqımızın həyatında çox mühüm bir hadisə baş verib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində dünya azərbaycanlılarının 5-ci qurultayı olub. Qurultayın 44 günlük Vətən müharibəsinin son döyüşlərinin baş verdiyi bu şəhərdə keçirilməsinin və “Zəfər qurultayı” adı daşımasının dərin rəmzi mənaları var.

26 aprel 2022    19:32
440

Milli Məclisdə görüş

Aprelin 25-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro ilə görüşüb.

25 aprel 2022    17:15
475

Aqrar siyasət komitəsinin iclasında

Aprelin 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyiə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxildir.

25 aprel 2022    16:33
627

Komitələrin birgə iclasında

Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında birgə iclası keçirilib.

22 aprel 2022    15:20
287

Milli Məclisdə TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun görüşü olub

Aprelin 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun üzvü Məlahət İbrahimqızı və deputat, Qrupun üzvü Sədaqət Vəliyeva Qazaxıstan Məclisinin üzvü, TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun rəhbəri Lazzat Ramazanova ilə görüşüblər.

22 aprel 2022    14:53
372

Milli Məclisdə TÜRKPA-nın seminarı keçirilib

Aprelin 21-də Milli Məclisdə TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının “Əhalinin sosial cəhətdən həssas qruplarının sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi: reallıqlar və perspektivlər” mövzusunda seminarı keçirilib.

21 aprel 2022    18:07

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.