Ana səhifə  /  XƏBƏRLƏR
433

Şəmkirdə şəhid Elbrus Laçın oğlu Hüseynovun xatirəsi anılıb

Şəmkir rayonunun Çaparlı kəndində şəhid Hüseynov Elbrus Laçın oğlunun anım günü keçirilib. Tədbirdə Milli Məclisin deputatı Nurlan Həsənov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

23 dekabr 2021    16:14
333

Masallı və Yardımlı rayonlarında şəhidlərin xatirəsi anılıb

Milli Məclisin deputatları Musa Qasımlı və Məşhur Məmmədov Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə rayonun Yolağac kəndində şəhid Raqib Vidadi oğlu Əzizovun il mərasimində iştirak ediblər. Tədbirdə şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

23 dekabr 2021    11:36
303

GUAM PA-nın tədbirlərində

Dekabrın 21-də GUAM Parlament Assambleyasının videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.GUAM PA-nın 16-cı Büro iclasına qurumun sədri və bu təşkilatda Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili moderatorluq edib. İclasda GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.

21 dekabr 2021    18:07
548

Əmək və sosial siyasət komitəsinin iclasında

Dekabrın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini bildirib və onları təqdim edib.

21 dekabr 2021    17:24
1251

Milli Məclisin iclasında

Dekabrın 20-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.
Spiker Sahibə Qafarova iclasın gündəliyinə 34 məsələnin daxil edildiyini bildirib.

20 dekabr 2021    20:13
301

GUAM PA komitələrinin birgə iclası keçirilib

Dekabrın 20-də videokonfrans formatında GUAM PA Komitələrinin 5-ci birgə iclası keçirilib. İclasda Milli Məclisin GUAM PA- dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

20 dekabr 2021    15:54
954

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında

Dekabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclası keçirilib. İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlik barədə məlumat verərək bildirib ki, komitələrin birgə iclasının gündəliyinə çıxarılmış 15 məsələdən ilk 12-si parlamentə eyni zərfdə daxil olub.

17 dekabr 2021    20:14
588

“Media haqqında” qanun layihəsi komitələrin birgə iclasında ikinci oxunuşda müzakirə olunub

Dekabrın 17-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda birgə iclası keçirilib. Tədbirdə bir sıra media qurumlarının, KİV-lərin rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasın gündəliyinə 2 məsələ daxil edilib. Əvvəlcə, “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib.

17 dekabr 2021    19:02
326

Milli Məclisdə görüş

Dekabrın 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Sönsberq ilə görüşüb.

16 dekabr 2021    19:35
579

Əmək və sosial siyasət komitəsinin iclasında

Dekabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası açaraq gündəliyə beş məsələnin daxil edildiyini bildirib və məsələlər barədə məlumat verib.

16 dekabr 2021    14:46
351

Milli Məclisdə Qazaxıstan səfiri ilə görüş

Dekabrın 15-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Qazaxıstanla parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov ilə görüşüb.

15 dekabr 2021    18:11
306

Biləsuvarda şəhid Əlizadə Tahir Qəribəli oğlunun xatirəsi anılıb

Biləsuvarda Vətən müharibəsi şəhidi gizir Əlizadə Tahir Qəribəli oğlunun anım mərasimi keçirilib. Mərasimdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

15 dekabr 2021    12:21

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.