İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 6 məsələnin daxil olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib
İyunun 12-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Belarusdakı səfirliyində olub
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

COP29 çərçivəsində parlamentlərarası dialoq mövzusunda onlayn iclas
İyunun 11-də Parlamentlərarası İttifaq tərəfindən “COP29-a hazırlıq: iqlim dəyişikliyi üzrə parlamentlərarası dialoq” mövzusunda onlayn iclas təşkil olunub.
_1718116886.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının və Nümayəndələr Palatasının sədrləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb
Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.

Aqrar siyasət komitəsinin iclasında
İyunun 11-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Tahir Rzayev müzakirəyə Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) təqdim edildiyini bildirib.
Milli Məclisdə görüş
İyunun 11-də parlamentin Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev Albaniya Respublikası parlamentinin üzvləri Eduard Şalsi və Arben Pellumbi ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Dövlət Universitetində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Belarus Dövlət Universitetində olub. Burada Azərbaycan parlamentinin spikerini Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Universitetin rektoru Andrey Korol qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarovaya Belarus Dövlət Universitetinin Fəxri professoru adı verilib
Bu gün Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri çərçivəsində Belarus Dövlət Universitetində elmi və tədris kollektivinin, tələbələrin iştirakı ilə mərasim təşkil olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Minsk şəhərində Zəfər abidəsini ziyarət edib
Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 10-da səfər çərçivəsində Minsk şəhərində Zəfər abidəsini ziyarət edib.

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 9-da Belarus Respublikasının Minsk şəhərinə rəsmi səfərə gəlib.

Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Məlahət İbrahimqızı iyunun 9-da Tacikistan Respublikasının Düşənbə şəhərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre ilə görüşüb.

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında
İyunun 7-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin 2024-cü ilin növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin spikeri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb
Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb.
Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Milli Məclisin deputatı Bolqarıstana səfər edəcək
Milli Məclisin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanın Sofiya şəhərinə səfər edəcək.

Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib
İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib. Brifinqdə Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova çıxış edib.

TÜRKPA-nın 13-cü Plenar iclasında
İyunun 6-da Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası keçirilib. İclas “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunub. İclası açan TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarova qardaş türk dövlətlərinin parlament sədrlərini, bütün nümayəndə heyətlərini salamlayaraq iclas çərçivəsində aparılacaq müzakirələrin əməkdaşlığımızın və birgə fəaliyyətimizin daha da genişlənməsinə təkan verəcəyinə inamını ifadə edib.