Ana səhifə  /  XƏBƏRLƏR
254

Milli Məclisdə görüş

Noyabrın 14-də Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski ilə görüşüb.

14 noyabr 2023    19:07
216

Avronest Parlament Assambleyasının komitə iclaslarında

Milli Məclisin deputatları – Azər Kərimli, Tural Gəncəliyev, Vüqar Bayramov və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün noyabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.

07 noyabr 2023    16:16
546

Milli Məclis komitələrinin birgə iclasında 2024-cü ilin dövlət büdcəsi müzakirə edilib

Noyabrın 6-da Milli Məclisin sədr müavini Adil Əliyevin sədrliyi ilə keçirilən Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub.

06 noyabr 2023    19:01
559

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə zərfinə daxil olan bir sıra qanun layihələri müzakirə olunub

Noyabrın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə birinci oxunuşda olan 7 məsələnin daxil edildiyini, bunlardan 6-nın 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

06 noyabr 2023    18:28
449

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirilib

Noyabrın 4-də parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına əsasən, Milli Məclisdə parlamentin komitə və komissiya rəhbərlərinin, deputatların, ekologiya və təbii sərvətlər nazirinin, kənd təsərrüfatı nazirinin, ANAMA sədrinin, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Komitənin rəhbərinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxıl olan Laçın rayonda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəliklərin rəhbərlərinin, Prezident Administrasiyasının və digər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçilərinin, eyni zamanda mətbuat və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə keçirilib.

04 noyabr 2023    17:26
195

Milli Məclisin deputatı Forumda iştirak edəcək

Milli Məclisin deputatı Kamal Cəfərov Avropa Şurasının təşəbbüsü ilə təşkil olunan Dünya Demokratiya Forumunda iştirak etmək üçün noyabrın 5-də Fransa Respublikasının Strasburq şəhərinə səfər edəcək.

04 noyabr 2023    09:43
592

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2024-cü ilin dövlət büdcəsi müzakirə olunub

Noyabrın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin (birinci oxunuş) daxil olduğunu deyib. O, sənədin ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edildiyini söyləyib.

02 noyabr 2023    19:17
234

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin Avropa Parlamentindən olan bir sıra deputatların Ermənistana səfəri ilə bağlı bəyanatı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin deputatları Nikolas Bay, Mariyon Marişal və Vinçenzo Sofonun riayət etməli olduqları bütün qayda və davranış normalarını pozaraq, özünü ləğv etmiş və Azərbaycanın Qarabağ regionundan qaçmış keçmiş separatçı rejimin nümayəndələri ilə birbaşa əlaqə yaratması ilə bağlı təxribat xarakterli, qeyri-etik və faktiki olaraq qanunsuz, davamlı olaraq təkrarlanan hərəkətlərinə görə dərin narahatlığını və narazılığını ifadə edərək qəti şəkildə etirazını bildirir.

01 noyabr 2023    16:34

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.