Ana səhifə  /  XƏBƏRLƏR
232

Milli Məclisin deputatları Meksikaya səfər edəcəklər

Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və işçi qrupun üzvü Elşad Mirbəşir noyabrın 22-də Meksika Birləşmiş Ştatlarının Mexiko şəhərinə səfər edəcəklər.

21 noyabr 2023    10:28
393

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Noyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə 12 məsələnin daxil edildiyini, onlardan 11-nin ikinci oxunuşda təqdim edilən 2024-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri olduğunu söyləyib.

17 noyabr 2023    17:45
448

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Noyabrın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə üç qanun layihəsi daxil edilib.

17 noyabr 2023    17:41
271

Milli Məclisdə görüş

Noyabrın 14-də Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski ilə görüşüb.

14 noyabr 2023    19:07
242

Avronest Parlament Assambleyasının komitə iclaslarında

Milli Məclisin deputatları – Azər Kərimli, Tural Gəncəliyev, Vüqar Bayramov və Soltan Məmmədov Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün noyabrın 12-də Belçika Krallığının Brüssel şəhərinə səfər edəcəklər.

07 noyabr 2023    16:16

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.